Şamaxı şəhərində yerləşən 2 saylı Psixonevroloji Sosial Xidmət Müəssisəsi publik hüquqi şəxsi nizamnamə kapitalını kəskin azaldır.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki nizamnamə kapitalı 1.000 manata endirilir.
PHŞ-nin bunan qədər ki, nizamnamə kapitalı 2 milyon 431 min 279 manat idi.
Qurumun qanuni təmsilçi Tamerlan Şərifzadə Yaşar oğludur. Müəssisə dövlət qeydiyyatına 11 yanvar 1999-cu ildə alınıb.
Hüquqi ünvanı AZ5602, ŞAMAXI RAYONU, ŞAMAXI ŞƏHƏRİ, NƏRİMAN NƏRİMANOV, ev.106 ünvanıdır.











