30 iyun 2025-ci il tarixdə saat 11.00-da "Kürdəmir Tikinti Mexanikləşdirmə" ASC -nin səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcək.
FED.az xəbər verir ki, yığıncaq ASC-nin Kürdəmir şəhəri, Bakı prospekti 53 ünvanında yerləşən inzibati binasında baş tutacaq.
Gündəlikdəki məsələlər:
1. 2024-cü ilin yekunlarına dair İdarə Heyətinin hesabatı:
2. Cəmiyyətə məxsus Kürdəmir rayonu, Atakişili kəndi ərazisində yerləşən əmlakın satışı.
3. Cəmiyyətin Nizamnaməsinə əlavə və dəyişiklik edilməsi.
4. Cəmiyyətin hüquqi ünvanının dəyişdirilməsi.
5. Digər məsələlər