Rusiyanın “Abrau-Durso” Publik Səhmdar Cəmiyyətinin yerli törəməsi və Azərbaycanda dövlətə məxsus şərab müəssisini alan “Az Abrau” MMC-nin direktoru dəyişdi.
Eləcə də bax: “Aqrar Sığorta”nın İdarə Heyətinə - YENİ TƏYİNAT
FED.az Banker.az-a istinadən xəbər verir ki, Viktor Jarov Lvoviç “AzAbrau”nun direktoru olacaq. O, bu vəzifədə Aleksander Xaptxirovu əvəzləyib.
V.Jarov uzun illər ana şirkətdə yüksək vəzifələrdə çalışıb.
“AzAbrau” MMC 2021-ci ilin iyulunda yaradılıb. Şirkət dekabrda Şəkidə fəaliyyətdə olan dövlət müəssisəsi “Şəki Şərab” MMC-nin bir hissəsini satın alıb.
Həmin tarixdə İN yanında Əmlak Məsələləri Dövlət Xidməti və şirkət arasında alqı-satqı müqaviləsi imzalanıb.
Müqavilənin şərtlərinə uyğun olaraq, qalib şirkət dövlət büdcəsinə 1.92 milyon manat ödəniş etməyi, müəssisənin inkişafı üçün 4.5 milyon manatlıq İnvestisiya Proqramının icrasını üzərinə götürüb. “AzAbrau” həmçinin, müəssisənin ümumi məbləği 535 min manat olan əmək haqqı, dövlət büdcəsi, DSMF, habelə kreditorlara olan borclarını ödəməyi öhdəliyinə götürüb.
Şirkət Azərbaycanın üzümçülük rayonlarından olan Şəkidə premium kateqoriyalı üzüm şərablarının, həmçinin desert şərabların istehsalını planlaşdırır, yaxın perspektivdə üzüm bağlarının salınmasını nəzərdə tutur.
2022-ci ilin aprelində şirkətin nizamnamə kapitalı ikiqat artırılmaqla 3 397 600 manata çatırılmışdı.
“Şəki Şərab” MMC 6 hektar ərazidə yerləşir. Müəssisə ildə 2,6 mln. butulka şərab istehsal etmək imkanına malikdir.