Azərbaycanın müştərək sığorta şirkəti “Aqrar Sığorta” ASC-nin İdarə Heyətinə təyinat olub.
Eləcə də bax: “Xalq Həyat”ın İdarə Heyətinə - TƏYİNAT OLUB
FED.az Banker.az-a istinadən xəbər verir ki, səhmdarların qərarı ilə Elnarə Abbasova “Aqrar Sığorta Müştərək Sığorta Şirkəti” ASC-nin İdarə Heyəti sədrinin müavini təyin edilib.
Xatırladaq ki, “Aqrar Sığorta Müştərək Sığorta Şirkəti” ötən ilin avqust ayında yaradılıb. Onun nizamnamə kapitalı 2 187 500 manatdır. Şirkətin səhmdarları hər biri 14.3% payla 7 yerli sığorta şirkəti – “PAŞA Sığorta”, “Qala Sığorta”, “Meqa Sığorta”, “Azərbaycan Sənaye Sığorta”, “Xalq Sığorta”, “Azsığorta” və “Bakı Sığorta” ASC-lərdir.
“Aqrar Sığorta Müştərək Sığorta Şirkəti” Aqrar Sığorta Fondunun idarəedici təşkilatıdır. Maliyyə qurumu sığortalılarla müqavilələrin bağlanması, hadisə ilə bağlı müraciətlərinin qəbul edilməsi və sistemin ümumi idarə edilməsini həyata keçirir. Onun təsisçiləri isə aqrar sığorta sistemində vasitəçi kimi fəaliyyət göstərir.