"CPC" MMC VÖEN: 1301373341) ləğv olunduğunu elan edir.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, kreditorlar iki ay ərzində tələblərini AZ1014 Bakı şəhəri, Nəsimi rayonu, Füzuli Orucov küçəsi, ev 35, Park View Biznes Mərkəzi, 3-cü mərtəbə ünvanına bildirə bilərlər.
Bildirək ki, "CPC" MMC 22 may 2007-ci ildə dövlət qeydiyyatına alınıb. Şirkət 16 milyon 894 min 150,68 manatdır. Qanuni təmsilçisi AZ1010, Bakı şəhəri Səbail rayonu, Zərifə Əliyeva, ev.93 ünvanıdır.
CPC MMC Cənubi Qafqazda nişastanın emal məhsulları istehsalı üzrə yeganə qarğıdalı emalı müəssisəsidir. Zavoda 2015-ci ilin dekabr ayından yenidən investisiya yatırılaraq fəaliyyəti genişləndirilmişdir. Hal-hazırda istehsal olunan məhsullara nişasta, qlükoza və yan məhsullar daxildir. “CPC” MMC Oğuz rayonunda yerləşir və ildə 30 min tona qədər qarğıdalı emal etmək gücünə malikdir.










