Tikinti şirkəti "Avant Group" MMC ləğv olunduğunu elan edib.
FED.az xəbər verir ki, kreditorlar iki ay ərzində tələblərini şirkətin yerləşdiyi Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospekti, ev 49C ünvanına bildirə bilərlər.
Xatırladaq ki, "Avant Group" 31 yanvar 2024-cü ildə dövlət qeydiyyatına alınıb. Onun nizamnamə kapitalı 100 manatdır. Qanuni təmsilçisi Hümbətov Azər Fəxrəddin oğludur.










