Azərbaycanda ət kəsimi məntəqələrində heyvanların yaşı ilə bağlı məhdudiyyət tətiq ediləcək. Bu barədə FED.az-a Qida Təhlükəsizliyi Agentliyindən bildirilib. Məlumata görə, ət kəsimi ilə bağlı təlimata əsasən, 6 ayadək xırda buynuzlu heyvanların və 18 ayadək iribuynuzlu heyvanların kəsilməsi qadağanediləcək.
Qanuni ət kəsilən yer necə olmalıdır? – YENİ TƏLƏBLƏR, SİYAHI
Təlimata görə, ət kəsimi məntəqələri hasarlanmalı, burada havalandırma sistemi qurulmalı, hazır ətlər isə satış yerlərinə yalnız soyuduculu maşınlarla daşınmalıdır.