Sahibkarlığın inkişafı Fondu (SİF) 2022-ci ilin ötən 6 ayı ərzində sahibkarların 1384 layihəsinin maliyyələşdirilməsinə 53,9 milyon manat güzəştli kredit ayırıb.
Azərbaycanda otel və istirahət mərkəzi tikintisinə - 60 MİLYON GÜZƏŞTLİ KREDİT VERİLİB – FONDDAN İŞ ADAMLARINA MÜRACİƏT
FED.az xəbər evrirki, müqayisə üçün qeyd edək ki, ötən ilin müvafiq dövründə güzəştli kredit mexanizmi çərçivəsində 546 investisiya layihəsi maliyyələşdirilib və bu məqsədlə 36,6 milyon manat kredit ayrılıb.
Qeyd edək ki, 2021-ci ilin ilk 6 ayında verilən güzəştli kreditlərin orta məbləği 39 min manat olub. 2020-ci ildə isə güzəştli kreditin orta məbləği 67 min manat olmuşdu.
Bu göstərir ki, 2022-ci ildə kiçik sahibkarların güzəştli kreditlərə çıxışı daha çox olub.