Azərbaycanda eyni şəxsə məxsus üç şirkət, eləcə də “Sevda KM” MMC fəaliyyətini dayandırır.
FED.az xəbər verir ki, ləğv edilən şirkətlərdən üçü — “PAKDAD 2008”, “Coffee Service” və “Elit Servis 2011” MMC-lər — Şöhrət Adışirin oğlu Babaşova məxsusdur.
“Elit Servis 2011” MMC (VÖEN: 1302646961) isə 14 sentyabr 2011-ci ildə qeydiyyata alınıb. Şirkətin nizamnamə kapitalı 10 manatdır. Kreditorlar müraciətlərini Bakı şəhəri, Yasamal rayonu, Mustafa Sübhi küçəsi, ev 221, mənzil 2 ünvanına təqdim edə bilərlər.
“PAKDAD 2008” MMC (VÖEN: 1505100641) 22 iyun 2020-ci ildə qeydiyyatdan keçib və 10 manat nizamnamə kapitalına malikdir. Kreditor tələblərini Bakı şəhəri, Nərimanov rayonu, Fətəlixan Xoyski küçəsi, ev 1 ünvanına bildirə bilərlər.
2016-cı il 17 noyabr tarixində təsis edilmiş “Coffee Service” MMC-nin (VÖEN: 1503366621) nizamnamə kapitalı 12 manatdır. Tələblər Bakı şəhəri, Nərimanov rayonu, Koroğlu Rəhimov küçəsi, ev 13 ünvanında qəbul edilir.
“Sevda KM” MMC (VÖEN: 1600058511) 27 iyul 2004-cü ildə dövlət qeydiyyatına alınıb. Şirkətin nizamnamə kapitalı 20 manatdır, qanuni təmsilçisi isə Qumru Yavər qızı Yusifovadır. Kreditorlar öz tələblərini Bakı şəhəri, Nizami rayonu, Ələsgər Qaibov küçəsi, ev 10 ünvanına bildirə bilərlər.













