“Bakı Ticarət Mərkəzi” MMC 13.11.2025-ci il tarixdən nizamnamə kapitalının 7 milyon 100 min 110 manatdan 2 milyon 500 min manat azaldıldığını elan edir.
FED.az xəbər verir ki, bu, təxminən 4 milyon 600 min manatlıq azalma deməkdir.Kreditorların bir ay ərzində öz tələblərini Bakı şəhəri Nizami rayonu, Bəhruz Nuriyev küçəsi ev 30 m 67 ünvanına bildirə bilərlər.
Xatırladaq ki, MMC 11 iyun 2024-cü ildə dövlət qeydiyyatına alınıb və qanuni təmsilçisi Araz Rəhimov Nüsrət oğludur.













