"Express Lombard" şirkətində səhmdarlar dəyişib.
FED.az xəbər verir ki, «Express Lombard» ASC-nin səhmdarlaırnın siyahısında dəyişiklik olub. Şirkətin əvvəlki sahibi «Express Lombard» ASC-ni 3 yeni investora satıb.
Belə ki,, 2023-cü ildə "Express Lombard"ın nizamnamə kapitalında beş faizdən artıq paya malik olan yeganə şəxs İsayeva Svetlana Cəmil qızı idi. O, şirkətin 20 ədəd səhminə, yəni səhmlərin tam paketinə (100%) sahib idi. 2024-cü ildə isə vəziyyət dəyişib. İsayeva Svetlana Cəmil qızı səhmlərinin hamısını sataraq səhmdarlar sırasından çıxıb və 3 yeni investor şirkətin səhmdarına çevrilib
Yeni səhmdarlar aşağıdakılardır:
• Həsənov Nicat Vaqif oğlu: 2250 ədəd səhm (ümumi məbləğ 450,000 manat) alaraq nizamnamə kapitalının 45%-nə sahib olub.
• Həsənov Rifat Vaqif oğlu: Eyni qaydada, 2250 ədəd səhm (ümumi məbləğ 450,000 manat) əldə edərək, o da 45%-lik paya sahib olub.
• Cabbarova Leyla Vaqif qızı: 500 ədəd səhm (ümumi məbləğ 100,000 manat) ilə nizamnamə kapitalının 10%-nə sahib olub.
Bu dəyişiklik nəticəsində "Express Lombard" ASC-nin nizamnamə kapitalı 4 min manatdan 1 milyon manata yüksəlib.