"Caspian Coast Winery and Vineyards” MMC-nin (VÖEN: 7100052921) fəaliyyətinə xitam verilir.
FED.az xəbər verir ki, şirkət “Top Properties” MMC-yə (VÖEN: 1405039331) qoşulur.
“Top Properties” MMC “Caspian Coast Winery and Vineyards” MMC-nin ona qoşulması nəticəsində yenidən təşkil olunduğunu elan edir.
Qeyd edək ki"Caspian Coast Winery and Vineyards” 27 mart 2006-cı ildə dövlət qeydiyyatına alınıb və 9 milyon 458 min 024 manat nizamnamə kapitalına malikdir. Qanuni təmsilçisi Fuad Mollayev Rayib oğludur. Hüquqi ünvanı AZ5300, SİYƏZƏN RAYONU, BÖYÜK HƏMYƏ, ünvanıdır.
“Top Properties” MMC 29 yanvar 2020-ci ildə yaradılıb. Nizamnamə kapitalı 150 milyon 294 min 352,5 manatdır. Qanuni təmsilçisi Vasi Məcnunov Əfi oğludur. Hüquqi ünvanı AZ1095, BAKI ŞƏHƏRİ NƏSİMİ RAYONU, BƏŞİR SƏFƏROĞLU, ev.166, m.36 ünvanıdır.