“K Group” Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) nizamnamə kapitalını əhəmiyyətli dərəcədə azaltdığını elan edib.
FED.az xəbər verir ki, cəmiyyətin nizamnamə kapitalı 19 milyon 299 min 999,99 manatdan 12 milyon 525 min 009,84 manata endirilib.
Bununla da şirkətin kapitalında 6 milyon 774 min 990, 15 manat həcmində azalma baş verib.
Qeyd edək ki, daha öncə də şirkət nizamanmə kapitalını 3 milyon 700 min 10 manat həcmində azaldaraq 23 milyon 9,99 manatdan 19 milyon 299 min 999,99 manata endirmişdi