Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının xarici ölkələrdə yeni nümayəndəliklərinin açılması istiqamətində fəaliyyəti çərçivəsində Almaniyada nümayəndə təyin edib.
Eləcə də bax: Azərbaycan Sahibkarlar Konfederasiyasının Qazaxıstanda nümayəndəsi - Təyin Edildi
FED.az konfederasiyaya istinadən xəbər verir ki, bu vəzifəni Elnur Hüseynov icra edəcək.
Qeyd edək ki, i, 2010-2015-ci illərdə Enerji Səlahiyyətləri Mərkəzində Beynəlxalq münasibətlər və strateji təhlil/inkişaf şöbəsinin müdiri olaraq fəaliyyyət göstərib, 2015-2019-cu illərdə Korporativ Enerji Gr. GmbH & Co. KG- da Biznesin inkişafı departamentinin direktoru, 2019-2020-ci illərdə Biznesin inkişafı və Startup departamentinin direktoru vəzifəsində çalışıb. (Trend)