Bu ilin yanvar-aprel ayları ərzində Azərbaycana 166 milyon 804 min ABŞ dolları dəyərində 7 min 497 ton əczaçılıq məhsulları idxal edib.
FED.az bu barədə Dövlət Gömrük Komitəsinin yaydığı məlumata istinadən xəbər verir.
Bu, həcm baxımından 2024-cü ilin ilk 4 ayı ilə müqayisədə 17 77 ton və ya 19.2%, məbləğ baxımından isə 1 milyon 684 min dollar və ya 1% azdır.
Ötən ilin yanvar-aprel aylarında Azərbaycan 168 milyon 488 min ABŞ dolları dəyərində 9 min 274 ton əczaçılıq məhsulları idxal etmişdi.
Qeyd edək ki, cari ilin yanvar-aprel aylarında əczaçılıq məhsulları idxalı Azərbaycanın ümumi idxalının 2.05%-ni təşkil edib.