Almaniya hökuməti koronavirusa görə fəaliyyətini dayandırmağa məcbur olmuş kiçik biznesin itkilərinin 75%-ni ödəmək niyyyətindədir.
FED.az xəbər verir ki, hökumət yeni karantin dövrü səbəbindən biznesin üzləşdiyi itkiləri qaşılamağa hazırlaşır. Bunun üçün hökumət ötən ilin dövriyyəsini nəzərə alacaq.
Kurtka $18k, krossovka $7k, bel çantası $35 min – MƏŞHUR BREND SATILDI
Belə ki, Kansler Angela Merkelin ofisindən verilən məlumata görə, işçilərinin sayı 50-dək olan biznes 2019-cu ilin noyabrındakı aylıq dövriyyəsinin 75%-ni dövlətdən alacaq. İşçilərin sayı daha çox olan şirkətlər üçün isə kompensasiya 70% olacaq.
Bu məqsədlə hökumət artıq 10 milyard avro ayırmaq niyyətindədir.
Xatırladaq ki, koronavirusa yoluxmaların kəskin artması səbəbindən Almaniyada restoran, bar, kinoteatrlar, gözəllik salonları və kazinolar bağlanacaq. Mağazalar isə məhdudiyyətlərlə işləyəcəklər.
Öz növbəsində, otellər səfərdə olan şəxsləri qəbul edəcəkər, amma bu məcburi və iş məqsədilə olan səfərlərə aiddir. Yəni otellərdə turistləri qəbul etməyəcəklər. Bu məhdudiyyətlər dekabrın sonunadək davam edəcək.