Üstündə Taysonun şəkli olan sadə futbolkaya 1500 dollar verərsiniz? Və ya sadəcə stilli görünüşünə görə, bel çantasına 35 msin dollar saymağına dəyərmi? Bu sualı Nyu-Yorkun dəb meydançalarında səsləndirsəniz, «Əgər «Supreme»dirsə, niyə də yox» cavabını ala bilərsiniz.
Yaponiyanın bütün dünyada məşğul olan bahalı aksessuarlar brendi «Supreme» 2,1 milyard dollara yeni sahibini tapıb.
FED.az xəbər verir ki, ənənəvi olaraq yeni texnologiyalar və avtomobilləri ilə tanınan Yaponiya dünyanın dəb biznesində də öz yerini tutub. Bu sahədə onun vizit kartlarından biri «Supreme» şirkəti idi.
Özünün məhdud sayda satışları, amma xüsusi stilli və bahalı qiymətləri ilə məşhur olan «Supreme» cəmi 10 il ərzində küçədə paltar satışı biznesindən illik 500 milyon dollar gəliri olan dəb imperiyasına çevrilib.
Və bu, pullu investorların diqqətini cəlb etdi: noyabrın 9-da «VF Corp» şirkəti – «Timberland», «The North Face» və «Vans» brendlərinin sahibi – «Supreme»ni 2,1 milyard dollara satın alıb. Satıcı qismində özəl investisiya şirkəti olan «Carlyle» çıxış edib.
Hər şey xizək mağazasından başladı
«Supreme» şirkətinin fəaliyyəti 1994-cü ildə başlayıb. Həmin vaxt Ceyms Cebbia Nyu-York ştatının Soxo şəhərində xizək və ya skaybord mağazası açdı. Buradan sifarişlə tikilən futbol köynəkləri də almaq olardı.
Əvvəllər şirkətin planları və iddiaları sadə idi – Cebbia buranı Nyu-York skaybordçularının «klubu»na çevirmək istəyirdi. Amma Yaponiyadan iri biznesmendən təklifin gəlməsi hər şeyi dəyişdirdi.
Cebbia 1998-ci ildə 6 ay ərzində Yaponiyada 3 mağaza açmağa razılaşdı. Beynəlxalq bazara çıxması onu «Supreme»ni brendə çevirməyə həvəsləndirdi. Üstəlik, şirkətin fəaliyyəti də futbol köynəkləri ilə məhdudlaşmadı və bütün geyimləri əhatə etdi.
1990-cü illərdə Yaponiya dünyada mədəni tendensiyalar və dəb mərkəzlərindən biri idi. Ona görə də Cebbia Amerikaya qayıtmazdan əvvəl «Supreme» brendini Şərqi Asiyada inkişaf etdirməyi qərara aldı.
Sifarişlə tikilən xüsusi mallar
«Supreme» öz biznesində Şimali Amerika istehsalçılarının şəbəkəsindən istifadə edir. Çindəki kütləvi istehsalla məşğul olan şirkətlərdən fərqli olaraq, bu brend o qədər də çox olmayan, amma yüksək keyfiyyətli məhsul istehsal edib satmağa qərar verdi.
Brend o qədər populyar oldu ki, 2000-ci illərin əvvəllərində «Supreme» şhirkəti onun məhsullarını birinci almaq üçün (hansı ki, indi yeni «iPhone»ları elə gözləyirdilər) növöədə gözləyən yapon alıcılar üçün lotereyalar təşkil edirdi. Ötən illər ərzində məşhur brend «Rimowa», «Nike» və «Louis Vuitton» kimi şirkətlərlə parlaq əməkdaşlıqlar edib.
2017-ci ildə «Carlyle Group» şirkəti «Supreme»nin 50%-ni 500 milyon dollara satın aldı.
Yeri gəlmişkən, «Carlye» hazırda ümumilikdə 200 milyard dollarlıq brend və şirkətləri idarə edir, üstəlik biznesin bir hissəsi müdafiə sənayesi ilə bağlı olduğuna görə, keçmişi qaranlıq sayılır. Amma bu yoldaşlar biznesi bacarırlar. Belə ki, onlar, «Beats» şirkətini, hansı ki qulaqcıq istehsal edir, 2013-cü ildə 500 milyon dollara almışdılar. Cəmi bir il sonra isə onu «Apple»a 3 milyard dollara satdılar.
İndi isə «Supreme» şirkəti 2,1 milyard dollara satıldı. Yəni burada 50% paya malik olan «Carlyle» şirkəti yatırımlarını 2 dəfədən çox artırdı.
Bəs bu satışdan sonra «Supreme» yenə də cəlbedici olacaqmı?
Den Ransi, hansı ki, hipa-hop biznesindən yazır, bildirir ki, brendin yeni sahibi olan «VF Corp»un gücü belə brendlərin uzun müddət, yəni təkcə bir mövsüm yox, populyar olmasındadır. «The North Face» (2000-də alınıb), «Vans» (2004-də alınıb) və «Timberland» (2011-də alınıb) hələ də yaxşı satılır.
Hələliksə, «Supreme»nin bəzi məhsullarının qiymətləri sadəcə dəlisovdur, xüsusilə də hərraclarda satılanlar. Hazırda məşhur təkrar satış platforması olan «Grailed»də «Supreme»yə məxsus olan 136 min əşya satılır. Onların bəzilərinin qiyməti belədir: