Son günlər Azərbaycanda sahibkarlar və şirkətlər arasındakı arasındakı mübahisələrə daha bir mövzu əlavə olunub, bu əqli mülkiyyət və müəlliflik hüququ ilə bağlıdır.
“İvanovka Süd Məhsulları” şirkəti "ATENA"dan şikayətçidir
FED.az xatırladır ki, bir neçə il əvvəl «Lukoyl» şirkətinin öz yanacaqdoldurma məntəqələrini saxta adlardan qorumaq üçün başladığı bu prosesə indi kiçik və orta şirkətlər də qoşulub.
FED.az xəbər verir ki, hazırda «ad qoruma» mövzusunda müzakirəsi gedən ən maraqlı mübahisələrdən biri də ölkənin iki məşhur süd məhsulları şirkəti arasındadır.
Bir neçə həftə əvvəl İsmayıllıda yerləşən «İsmayıllı Süd Məhsulları» MMC ölkənin ən böyk süd məhsulları istekhsalçılarından olan «Atena» şirkətini «İsmayıllı İvanovka» adlarından qanunsuz istifadədə günahlandırıb.
«İvanovka Süd Məhsulları» MMC Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İslehlak Bazarına Nəzarət Dövlət Agentliyinə «ATENA» MMC barəsində müraciət edib. Müraciət əsasında "ATENA" MMC haqqında araşdırma aparılır.
FED.az xəbər verir ki, araşdırmanın predmeti süd və süd məhsullarının istehsalı və satışı zamanı haqsız rəqabətə yol verilməsi ilə əlaqədar rəqabət qanunvericiliyinin pozulması hallarıdır.
«İvanovka Süd Məhsulları» MMC şirkəti Ağcabədidə yerləşən «Atena» şirkətini istehsal etdiyi pendiri qanunsuz olaraq «İsmayıllı İvanovka» adlandırmasında ittiham edir. İsmayıllıdakı şirkət bildirir ki, İvanovka adı ilə bağlı bütün hüquqları qanuni yolla əldə edib və bu addan başqa şirkətin istifadəsi əkli mülkiyyət haqlarının pozulmasıdır.
Qeyd edək ki, «İvanovka» adı ilə məhsulun qanunsuz buraxılması ittihamı «Atena» şirkəti üçün qəfil xəbər olub. Şirkət mətbuatda qarşı tərəfin iddialarının əsassız olması barədə açıqlama yayaraq sözügedən addan istiıadəsinin qanuni olduğunu əsaslandırmağa çalışıb. Amma İsmayıllıdakı şirkət sənədlərə əsaslanan dəlil sübutlar gətirir.
«İvanovka Süd Məhsulları» MMC-nin icraçı direktoru Yalçın Nəcəfov FED.az-a bildirib ki, şirkət bu ad üzrə bütün hüquqları 2024-2025-ci illərdə alıb: «İvanovka» əmtəə nişanı ilə patenti 2024-cü ilin dekabrın sonunda almışıq. Eləcə də, bu ilin iyun ayının 11-də coğrafi göstərici olaraq da hüquqları aldıq, Beynəlxalq Əqli Mülkiyyət Agentliyinin Azərbaycanda keçirdiyi konfransda bu barədə sertifikat bizə təqdim olundu».
İndi şirkət bu hüquqların ona məxsus olmasına əsaslanaraq digər istehsalçılardan «İvanovka» adından qanunsuz istifadəni dayandırmağı tələb edir.
«İvanovka Süd Məhsulları» MMC-nin Antiinhisar Agertliyinə ünvanladığı müraciətdə "Adilbərəkət" MMC, “Master Milk” MMC, Fiziki şəxs İsmayılov Tural İsmayıl oğlu, Fiziki şəxs Tapdıqov Elçin Etibar oğlu, Fiziki şəxs Vəliyev Dadaş Azadəli oğlu, Fiziki şəxs Həsənova Aytən Cavanşir qızı, Fiziki şəxs Muradov Əmralı Yalçın oğlu, Fiziki şəxs İmanverdiyev Elman Sahib oğlu, Fiziki şəxs Cümşüdova Aysel İntiqam qızı barəsində də müraciət var. Onlar barəsində də müraciətlər Süd və süd məhsullarının istehsalı və satışı zamanı haqsız rəqabətə yol verilməsi ilə əlaqədardır.
Xatırladaq ki, son vaxtlara qədər ölkədə 20-yə yaxın şirkət və fiziki şəxs «İvanovka» adı ilə məhsul buraxırdı, şirkət bunların əksəriyyətində bu adla istehsalı dayandırmağı bacarıb: «Əksəriyyətini yağışdırmışıq bir neçəsi qalıb, onlar barədə də Antiinhisar Agentliyinə müraciət etmişik. Bununla bağlı iş qaldırılıb, iclas olacaq və yaxın günlərdə işə baxılacaq. Ya bu nişandan istifadə etmək qadağan olunacaq ya da cərimə olunacaqlar».
Xatırladaq ki, Azərbaycanın ekoloji cəhətdən ən təmiz bölgələrindən olan İsmayıllının İvanovka kəndi ərzaq və turizm bazarında tanınır. Son illərədək «İvanovka» məhsulları ən təmiz ərzaqlar sayılırdı. Bu adın cəlbediciliyinə görə çoxsaylı şirkətlər məhsullarını bu adla buraxırdılar. İş o yerə çatmışdı ki, hətta Bakı ətrafındakı kənd və qəsəbələrdəki sexlərdə də «İvanovka» adı ilə pendir, şor və sair süd məhsulları buraxılırdı. Əqli mülkiyyət hüququnun alınmasından sonra vəziyyət dəyişib.
Yalçın Nəcəfov bildirir ki, şirkət qanunsuz «İvanovka» məhsullarının qarşısını almaq üçün əvvəlcə hamıya müraciət ediblər: «5-10 sahibkar müraciətimizi qəbul edib istehsalı daynadırdılar. Doğrudur, sonradan 2-3 nəfər yenidən «İvanovka» adı ilə məhsul istehsalına başladılar. Biz də Antiinhisar və İstehlak bazarına Nəzarət agentliyinə miüraciət etmişik. Bəzi sahibkarlar, o cümlədən «Mastermak» bildirirlər ki, əllərində hazır etiketlər («İvanovka» yazılmış) qalıb, deyirlər ki, onları bitirib istehsalı saxlayaq. Biz də icazə vermədik, çünki onlara hələ yanvardan müraciət etmişik. Bizi saymayıb, istehsal davam etdirmək doğru deyil. Çünki mal bu adla satılır deyə istəyirlər imkan olduqca daha çox qazanc götürsünlər».
Amma şirkətin bu sahədə əsas problemi «Atena» şirkəti ilə bağlıdır: «Bizim addan qanunsuz istifadə edən əsas şirkət «Atena»dır, onlar «İsmayıllı İvanovka» pendiri buraxırlar. İddia edirlər ki, buna icazələri var, amma əllərində heç bir sənəd yoxdur, eyni zamanda istehsallarının İvanovka ilə əlaqəsi yoxdur. Amma hətta əlaqə olsa belə, bizim hüququmuz var ki, onların məhsullarının üzərindən o adı sildirək, çünki biz yerin coğrafi adı ilə bağlı da hüquqları əldə etmişik»-deyə icraçı direktor bildirir.
«Atena»nın özündə ittihamları qəbul etmir, ümumiyyətlə problemin nədən ibarət olduğunu anlamadıqlarını bildirirlər.
«Yəni biz ümumiyyətlə bu yanaşmanı başa düşmürük ki, kimin patentini oğurlamışıq. Bizim heç onlardan xəbərimiz yox idi və onlar bizə qarşı o iddianı qaldıra bilməzlər»-deyə «Atena»nın keyfiyyət şöbəsinin müdiri Gülnarə Yusifova FED.az-a bildirib.
Bununla yanaşı, «Atena» bildirir ki, onun əlində «İsmayıllı İvanovkka» pendiri istehsal etməsi üçün texniki şərti var.
«Standartlarımız var və üstəlik, 2024-cü ildə əlavə olaraq texniki şərti almışıq». Amma şirkət nümayəndəsi eyni zamanda etiraf edir ki, «Atena» şirkəti «İvanovka» adlı məhsul patenti almayıb, sadəcə ümumiyyətlə pendir istehsalı üzrə texniki şərt alıb.
Şirkət mövqeyində ona əsaslanır ki, ölkədə ayrıca olaraq «İvanovka pendiri» ilə bağlı standart mövcud deyil: «Üstəlik bu gün biziim Azərbaycan Standartlaşdırma İnstitutu tərəfindən «İvanovka pendiri» ilə bağlı ayrıca standart yoxdur, məsələn Holland pendirində olduğu kimi. Yəni nə Naxçıvan pendiri, nə Ağcabədi və ya İsmayıllı İvanovka pendiri üzrə ayrıca texnologiyası üzrə pendir standartı yoxdur ki, bu standart da pozulsun. Bu texniki şərtdə duzlu suda yetişdirilən pendirlərin içərisində müxtəlif növ pendirlər, məsələn, Adıgey pendiri, gürcü pendiri, Naxçıvan pendiri, holland və ya Parmezan, eləcə də «İvanovka İsmayıllı» tipli kənd pendirləri var».
Xatırladaq ki, «Atena» şirkəti 2011-ci ildən fəaliyyətə başlayıb, 2017-ci ildən isə adında «İsmayıllı İvanovka» adı olan iki adda məhsulu (hansı ki, indi üstündə mübahisədir) bazara çıxarıb.
«Atena»nın nümayəndəsi etiraf edir ki, şirkətin «İvanovka İsmayıllı» adı idə istehsal etdiyi pendirlər «Atena»nın Ağcabədinin Alabəyli kəndindəki zavodda, buradakı təsərrüfatdan alınan süddən istehsal edilir. Yəni bu məhsulun İvanovka kəndi ilə heç bir bağlılığı yoxdur: «Biz bu məhsulu 2017-ci ildən istehsal edirik. Amma bu pendirin İvanovkada istehsal edildiyin iddia etmirik, məhsulun üzərində də heç vaxt bu məhsulun İsmayıllıda istehsal edildiyi yazılmayıb. Biz «Atena İvanovka» yazırıq, pendirin İvanovkada istehsal edildiyini yazmamışıq və bunu iddia etmirik».
Amma: «İvanovkanın inəkləri ilə Ağcabədidəki inəklərin südündə nə fərq var, süd, süddür. Biz sadəcə kənd pendiri texnologiyasını götürüb məhsul istehsal etmişik. Bu bizim nənə babalardan qalan ənənədir», sadəcə bunun adını İsmayıllı İvanovka qoyublar»-deyə «Atena» nümaynədəsi bildirir.
Qarşı tərəfin şikayətinin əsasız olmasını iddia edən şirkət nümaynədəsi deyir ki, «İsmayıllı süd məhsulları» şirkəti əvvəlcədən «Atena»ya birbaşa müraciət edib məsələni aydınlaşdıra bilərdi: «Bizə deyə bilərdi ki, mən də istehsalçıyam, siz bu məhsulu istehsal etməklə bizə rəqabət yaradırsınız və sair. Biz də vəziyyəti başa düşək».
«İvanovka Süd Məhsulları» MMC-də bildirirlər ki, «Atena»ya birbaşa müraciət etməyiblər, birbaşa Agentliyə müraciət etməyi qərara alıblar: «Çünki hətta kiçik sexlər belə bəzən bu müraciətə saymazlıqla yanaşırdılar. Düşündük ki, «Atena» da diqqət yetirməyəcək, necə ki elə də oldu. Hətta Antiinhisar Agentliyinin müraciətinə saymamazlıq etdilər. Hazırda onlar «İvanovka İsmayıllı» adı ilə pendir istehsalını davam etdirirlər və şəbəkə marketlərinin vitrinlərində satışa çıxarırlar. Halbuki, həmin məhsulun «İvanovka» adına heç bir aidiyyatı yoxdur və ola bilməz. Ağcabədidə istehsal olunan məhsulun «İvanovka»ya nə aidiyyatı ola bilər?! Onlar sadəcə iddia edirlər ki, onların texniki şərti var, amma bunun da «İvanovka»ya aidiyyatı yoxdur. Bu sadəcə pendir istehsalı üçün düsturların və ya prosesin təsviridir. Yəni texniki şərtin adla heç bir bağlılığı yoxdur».
Yalçın Nəcəfov bildirir ki, «Atena» ilə mübahisə etmək fikrində deyillər və hər şeyin hüquqi müstəfidə həll olunmasını gözləyirlər: «Atena» özü də bilir ki, müvafiq sənədi və buna hüququ yoxdur, sadəcə əsassız iddialar irəli sürürlər, bizim müraciəti əsassız sayırlar. Biz bu iddialara cavab vermək fikrində deyilik, buna vaxt itkisi kimi baxırıq. Əvəzində bizim Antiinhisara müraciətimiz var, bu işlə onlar məşğuldur, işə orada baxılıb adı sildirəcəklər. Əgər sildirməsələr, biz məhkəməyə verib bununla bağlı təzminat tələb edəcəyik, çünki bizə işləməyə imkan vermirlər».
Qeyd edək ki, «İsmayıllı Süd Məhsulları» MMC 2022-ci ildə qurulub, özünün İvanovkada istehsalı var. Burada nehrə yağı, kənd pendiri, qaymaq, şor, kəsmik istehsal olunaraq «İvanovka» adı altında satılır.
Əqli mülkiyyət hüquqlarının qorunmaması səbəbindən şirkət bir müddət ziyanla imşləməli olub. «Onda biz bu məsələnin hüquqi tərəfləri ilə maraqlandıq, soruşduq ki, patenti almaq üçün nə etmək lazımdır, hansı sənədlər tələb olunur. Bizə bildirdilər ki, istehsal prosesi İvanovkada olmalıdır və sair. Bütün bu tələbləri yerinə yetirdikdən sonra patentləri aldıq və indi bütün huquqlar bizdədir.
Hazırda şirkətin malik olduğu sənədlərə əsasən, başqa heç bir şirkət və sahibkar, hətta İvanovkada yerləşsə belə, bu addan istifadə edə bilməz.
«Bizdə olan hüquqlara əsasən İvanovka kəndində hər hansı şirkət və ya sahibkar bu adla məhsul istehsal edə bilməz və bazara çıxara bilməz, çünki biz bu hüquqları coğrafi ad olaraq da almışıq. Digər şəxslərin bunu etməsi üçün onlar Əqli Mülkiyyət Hüquqları Agentliyinə müraciət etməliydilər. Əgər bizdə doğrafi ad üzrə hüquqlar olmasaydı başqa hər hansı şəxs Agentliyə müraciət edərək bu adla loqo ala bilərdi. Amma coğrafi mövqe göstəricisi bizdə olduğuna görə, artıq heç kim bu hüququ ala və əmtəə nişanını patentləşdirə bilməz»-deyə Yalçın Nəcəfov bildirir.
Şirkət bildirir ki, əqli mülkiyyət hüququnu aldıqdan sonra digər sahələrdəki «İvanovka» adları ilə maraqlanacaq. Bakıda bəzi «İvanovka» mağazaları var, amma orada əldə hazırlanan məhsullar satılır, biz onlara təklif edəcəyik ki, bu mağazalarda bizim məhsulları da satsınlar. Razı olmasalar bu mağazalardan da «İvanovka» adını sildirəcəyik».
Bununla yanaşı, qeyd edək ki, əgər hər hansı sahibkar və ya şirkət İvanovka kəndində istehsal quraraq süd məhsullar və sair məhsullar buraxarsa, həmin malın üzərində onun İvanovkada istehsal edilməsini qeyd edə bilər – qanun bunu qadağan etmir.
Şirkət bildirir ki, əgər «Atena» bu məsələdə yenə də müqavimət göstərsə, ondan təzminat (pul kompensasiyası) tələb ediləcək: «Biz hələ ki, «Atena»dan bu adla məhsul istehsal etdiyi üçün təzminat tələb etməmişik, çünki Antiinhisar Agentliyi bildirir ki, bu işə baxılır, əlavə tələblər bu işə baxıldıqdan sonra yarana bilər. Əslində bizim bununla bağlı əlavə iddiamız, məsələn təzminat tələbimiz yoxdur. Amma əgər Antiinhisar Agentliyi də bu adı sildirə bilməsə biz məhkəməyə müraciət edəcəyik».
Məsələni dəyişən məqamlardan biri «İsmayıllı Süd Məhsulları» MMC-nin İvanovka adını coğrafi yer kimi də almasıdır – şirkət rəhbəri bildiir ki, indiyədək «Atena»nın bundan xəbəri yox idi: «Atena» indiyədək bilmirdi ki, biz coğrafi göstəricilər üzrə də patent almışıq. Onlar elə bilirlər ki, bizim patentimiz sadəcə əmtəə nişanı üzrədir. Əmtəə nişanında da «İvanovka» adı qorunmur, coğrafi göstəricidə isə «İvanovka» adı tam qorunur. Bizdə coğrafi göstərici adı üzrə də patentin olmasını heç ki bilmirdi. Əgər bununla bağlı iş məhkəməyə çıxarsa, bu bizim əlimizdə ciddi arqumentdir və qarşı tərəfin bununla bağlı heç bir şansı yoxdur».
Şirkət nümayəndəsi «Atena»nın haqsız olduğu halda mübahisəni niyə davam etdirməsinin səbəbini başa düşmür: «Mən «Atena»ya da sual verirəm, bütün hüquqların əlimizdə olduğunu bildiyiniz halda niyə mübahisə edirsiniz? Ona görə də deyirəm ki, bizim adla məhsul istehsal edənlərin bununla bağlı mübahisəyə çıxması mənasızdır – bütün hüquqlar əlimizdədir».
Yeri gəlmişkeən, İvanovka adı ilə məhsul buraxan bəzi şirkətlər coğrafi ad hüququnu görən kimi istehsalı dayandırıblar: «Məsələn, bizim məhsulun adı ilə Sulutəpə qəsəbəsində məhsul istehsal edən sahibkarlardan biri əvvəlcə bilmirdi ki, biz coğrafi ad ilə də patent almışıq, sonradan bunu bildikdə hər şey ona aydın oldu və istehsalı dayandırmalı oldu».
Antiinhisar və İstehlak Bazarına Nəzarət Agentliyi «İvanovka» adı ilə bağlı məsələyə yaxın günlərdə baxaraq qərar verəcək.