Bankların biznes kredirləri üzrə faiz dərəcəsi müzakirə olunur.
Eləcə də bax: Cemal Yangın: "Azərbaycanda biznes üçün kredit şərtləri çox ağırdır" - MÜSAHİBƏ
FED.az xəbər verir ki, bunu Azərbaycan Banklar Assosasiyasının (ABA) sədri Zakir Nuriyev deyib:
"Hazırda biz Sahibkarlığın İnkişaf Fondu, İpoteka və Zəmanət Fondu, eyni zamanda Azərbaycanda fəaliyyət göstərən kommersiya bankları ilə birlikdə müştərilərin mümkün qədər tələblərinin ödənilməsi, biznes modelinə uyğun bizə gələn təkliflərin risk dərəcələrini dəyərləndirməklə kreditlərin uyğun faizlə verilməsini təmin etməyə çalışırıq".
O bildirib ki, kredit-faiz dərəcələrini şərtləndirən əsas cəhət banklar tərəfindən cəlb olunan vəsaitlərin faiz dərəcələri və bazarda olan risk dərəcəsinə uyğun olaraq müəyyənləşdirilməsidir. "Bu istiqamətdə işlərimiz davam edir. Ümid edirəm ki, bizə yönələn təkliflərin biznes modelinə uyğun olaraq maliyyələşdirilməsini təmin edə biləcəyik"- deyə ABA sədri əlavə edib. (Apa)