Azərbaycanın startep ekosistemində növbəti mühüm yenilik baş verib.
Dolların 0,78 olduğu vaxda 3500 dollar ilə iş qurdu - «Zəfəroğlu İnşaat»ın – BİZNES TARİXİ - VİDEO
FED.az xəbər verir ki, Azərbaycanın ilk fintex startapı olan «Epoint» şirkəti Gürcüstanda keçirilən Startap günləri»ndə bu ölkənin məşhur startap investoru olan «500 Global» akselerasiya mərkəzində 100 min dollar investisiya cəlb edib.
Qeyd edək ki, «Epoint»in rəhbəri staptapçı, keçmiş bank əməkdaşı Zeynal Kərimzadədir. «3 aylıq akselerasiya prooqramından sonra «500 Global»-dan 100 min dollar invesiya aldıq» deyə» - Z.Kazımzadə bildirib.
Xatırladaq ki, «Epoint» şirkəti müştərilərə elektron ticarət xidmətləri göstərən startapdır və B2B sahəsində, yəni şirkətlər və sahibkarlarla çalışır.
«Azərsun Holdinq»: «Ehtiyacımız olan mal və xidmətlərin yarıdan çoxunu tenderlə alırıq» - MÜSAHİBƏ
«Beynəlxalq bazara çıxmağı planlaşdırırsınız və ya tez-tez adi #ecommerce kanalları vasitəsilə beynəlxalq kartlardan xidmət və malların ödənişləri ilə əziyyət çəkirsiniz? #Epoint ilə siz bu problemləri unuda bilərsiniz. "Epoint" sizə beynəlxalq ödəniş sistemləri tərəfindən istehsal olunan istənilən kartlardan ödənişləri qəbul emtəyə imkan verir»-deyə şirkətin xidmətlərinin reklamında deyilir.
FED.az xəbər verir ki, «Epoint»in rəhbəri Z.Kazımzadə startapa başlamazdan əvvəl ölkənin aparıcı bankları olan «Bank Respublika» və «Paşa Bank»da çalışıb.
Bakda sonuncu iş yeri «Paşa Bank»da bank kartlarının rəhbəri olub. Amma 2020-ci ildə bankda işini dayandıraraq startapa başlayıb. Baxmayaraq ki, ətrafındakılar ona bankda normal qazanclı işini davam etdirməyi məsləhət görüblər: «İl 2020, Tutduğum vəzifə: PAŞA Bankda, Bank kartlarının rəhbəri.
Mən: Bizneslərin işini asanlaşdıran startap qurmaq istəyirəm, global layihə olacaq, bütün biliyimi ona sərf edəcəm, ölkəmizin elektron ticatərini inkişaf etdirəcəm.
Hamı: İşin gücün yoxdur, Azərbaycanda startap qurmaq olar? Gül kimi qazanırsan, gedəcəksən pulsuz qalacaqsan, Ailən var, uşaqların var, onları dolandırmaq lazımdır.
Mən: İşdən ayrılıram, şirkət qururam, nizamnamə kapitalı 10 AZN. Tək başına işləri qurmağa başlayıram.
İl 2023, Şirkətin Amerikada olan dəyəri 3mln+ dollar, Azərbaycanda olan biznes müştəri sayı 300+ Və Epoint.az Azərbaycanın ən tanınan startaplarından və texnoloji şirkətlərindən biridir»-deyə bildirib.
Sonuncu investisiyanın məbləği və şərtləri dəqiqləşəndən sonra «Epoint» startapının bazar dəyərinin ABŞ-da 3 milyon dollara bərabər olduğu məlum olub.
Z.Kərimzadə FED.az-a bildirib ki, ötən il «Epoint» şirkətinin Azərbaycandakı dövriyyəsi 14 milyon manat olub, 2023-çü ildə bu məbləğin 2 dəfə artması gözlənilir.
Hazırda «Epoint» şirkətinin 300-ə yaxın müştərisi var. İlin sonuna bu rəqəmin də 500-ə çatacağı gözlənilir. Şirkətdə hazırda 13 nəfər çalışır.
Hazırda «Epoint» şirkəti Azərbaycanda fəaliyyət göstərir.
Bir qədər əvvəl isə «Epoint» startapının sahibləri ABŞ-da şirkət yaradıb və qlobal bazara çıxmağı hədəfləyir.
Hazırda Gürcüstanda yeni şirkətin qurulması işləri başlayıb.
Qarşıdakı dövrdə - 2023-2024-cü illərdə şirkət 3 yeni bazara çıxmağı planlaşdırır. Bunlar Gürcüstanla yanaşı, Özbəkistan və Qazaxıstan bazarlarıdır.
«Bu əlbəttə ki, böyük risk idi, alınmaya da bilərdi, amma biz bacardıq. Odur ki, özünüzə və ideyalarınıza inanın, heç nədən qorxmayın, təmkinli olun, üzərinizdə daimi işləyin və dəyərinizi artırın».
«Bu uğurun qazanılmasında mənim ətrafımda olan bir çox insanların dəstəyi olub və onları heç vaxt unutmayacam»-deyə «Epoint» startapının rəhbəri sosial şəbəkədə paylaşdığı motivasiya edici qeydində bildirib.