Son illər texnoloji məhsulların – xüsusilə kompüter, notebook, smartfon və planşetlərin sayının sürətlə artması insanların həyat tərzi ilə yanaşı, şirkətlərin qazanc üsullarını da dəyişib.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, artıq texnologiya dövrü və yaranmış ekosistem çoxsaylı maraqlı qazanc imknaları gətirib. Bunların bəzilərindən iri şirkətlər də istifadə edir. Bu sahədə ən maraqlı addımlardan birini isə təkcə tejnologiya deyil, biznes idarəçiliyi sahəsində də qabaqda gedən «Apple» şirkəti atıb.
Bir neçə il əvvəl, daha dəqiqi 2020-ci ildə «Apple» şirkəti populyarlığının pikində olarkən, o vaxtadək qeyri-populyar olan addım atdı – şirkətin yeni «iPhone 12» qutularından enerji yükləmə qurğusu çıxarıldı. Elan edildi ki, «iPhone» istifadə etmək istəyənlər qurğunu ayrıca almalıdırlar – şirkət bunun üçün orijinal qurğu buraxdığını da elan edərək ona 50 dollar qiymət qoydu.

İstehlakçılar, hətta sadiq fanatları da şirkətin bu addımını kəskin etirazla qarşıladılar, bəziləri şirkəti vəziyyətdən sui-istifadə etməkdə ittiham etdilər, amma sonradan «iPhone»ləri yükləmək üçün qurğu almağa yollandılar. Həmin addım isə o vaxtdan qaydaya çevrildi – indiyədək bütün «iPhone»lər enerji qurğusuz buraxılır. Sonradan məlum oldu ki, «Apple»təkcə bu qurğu hesabına ildə təqribən 6 milyard dollara yaxın gəlir əldə edib.
Doğrudur, bu rəqəm «Apple»ın rəsmi maliyyə hesabatında «biz bu addımdan 6 milyard dollar qazandıq» formasında keçmir. Amma bu, müstəqil analitiklərin hesabladığına görə, «adapter əməliyyatı» son nəticədə «Apple»ə 6 milyard qazandırıb, üstəlik şirkət bunun faydasını bundan sonra da görməkdədir.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, maliyyə hesabatlarına və nüfuzlu analiz mərkəzlərinin araşdırmalarına istinadən bu addım «Apple»ə müxtəlif formada qənaət və qazanc gətirib.
Belə ki, ilk növbədə şirkət komponent xərclərinə qənaət edib. Komponent – «iPhone» qutusunda olan əşyalardır. Qutudan çıxarılan adapter və qulaqlıq hesabına «Apple» hər telefondan 27-30 dollar qənaət edib. Bu rəqəm kiçik göünə bilər, amma «Apple»in ildə orta hesabla 200 milyondan çox «iPhone» satdığını bilənə qədər. 2020-ci ildən bəri satılan cihazların sayını bu qənaətə vurduqda rəqəm 6-6,5 milyard dollara yüksəlir.

FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, «Apple» ənənəvi olaraq bu addımı ictimai maraq, daha dəqiqi «ekologiya» (karbon izini azaltmaq) fikri ilə əsaslandırsa da, «ekologiya» bir yana, iqtisadi baxımdan üçqat qazanc əldə edib. Belə ki, adapterin qutudan çıxması nəticəsində «iPhone» qutularının ölçüsü təxminən %70 kiçilib. Bu, «Apple»a imkan verib ki, bir qutuya %70 daha çox telefon yerləşdirsin – məsələn əvvəl bir qutuda 100 telefon daşınırdısa, indi bu sayı 170-ə yüksəlib. Məsələni miqyaslandıranda, məsələ maşınların yük yeri, konteynerlər, gəmilər miqyasına yüksələndə daşınma xərcində qənaətin məbləği daha yaxşı görünür. Şirkət daşınma xərclərini (aviasiya və dəniz yükdaşımaları) kəskin azaldıb, illik milyonlarla dollar yanacaq və nəqliyyat xərcinə qənaət edib.
Digər gəlir mənbəyi aksesuar satışları olub. Məsələ bundadır ki, qutudakı adapterlər çıxarılsa da, telefon sahiblərinə onlar hökmən lazımdır. «Apple» bu əşyaları və qulaqcıqları istehlskçılara ayrıca satmağa başlayıb, üstəlik istifadəçilər köhnə adapterləri olsa belə, yeni iPhone-ların dəstəklədiyi sürətli şarjdan yararlanmaq üçün çox vaxt ayrıca «20W USB-C» adapteri almalı olurlar. «Apple» bu adapterləri 19-25 dollara satır. Sadə desək, bu, əvvəllər pulsuz verilən məhsulun indi əlavə gəlir gətirən müstəqil bir məhsula çevrilməsi deməkdir.
Üçüncü gəlir mənbəyi daha maraqlıdır. Əvvəllər adapterlər qutuda gəldiyinə görə, istifadəçilər avtomatik Applenin öz istehalı olan qurğularıalırdılar. İndi isə qutudan kənarda adapter istehsalçısı çoxdur. «Apple» onlara orijinal adapter istehsalı icazəsi verir. Məsələn, «Anker» və «Belkin» kimi şirkətlər «iPhone» üçün adapter istehsal etdikdə «Apple»a lisenziya haqqı ödəyirlər. Başqa sözlə, adapterin «qutudan çıxması» bu bazarın həcmini kəskin böyüdüb.

Doğrudur, «adapter əməliyyatı» ekologiyaya da təsir edib, yəni eyni sayda «iPhone»ləri daşımaq üçün daha az konteyner və ya yanacaq sərf edilib. «Apple-ın özü rəsmi 2025 Environmental Progress Report sənədində qeyd edir ki, bu addım sayəsində 2 milyon metrik tondan çox karbon emissiyasının qarşısı alınıbö Məlumat üçün bildirək ki, bu 500 000 avtomobilin yoldan kənarlaşmasına bərabərdir. Lakin iqtisadi reallıq odur ki, bu addım eyni zamanda şirkətin mənfəətini görünməmiş dərəcədə artırıb.
Yeri gəlmişkən, ekoloqlar daşımanın sadələşməsi və daha az yanacaq işlənməsi «nağılı»na uymurlar. Məsələ bundadır ki, qutudan çıxarılaraq onu kiçildən və «enerjiyə qənaətə» səbəb olan adapter indi ayrıca daşınır və qutuda qənaət olunan enerji indi sərf edilir. Üstəlik onu qablaşdırmaq üçün ayrıca qutu istehsal olunur və kağız sərf edilir.
Təsadüfi deyil ki, sonradan bu «ekoloji» addımı digər telefon istehsalçıları – «Samsung», «Xiaomi» və «Google» da atmağa başlayıblar.
Hətta «Samsung», əvvəlcə «Apple»in adapter əməliyyatına lağ edib, bu mövzuda zarafat etsə də, sonradan başa düşdü ki, əgər Apple bunu edib satışlarını azaltmırsa, deməli, «Samsung» da bu əlavə xərcdən qurtulub mənfəətini artıra bilər. Buna görə də «Samsung» zarafat tvitlərini sonradan sakitcə silib.
Analitiklər bildirir ki, istehsal xərclərinin artdığı bir dövrdə əslində belə addımlar qiyməti artırmamaq üçün yaxşı üsuldur. Çünki adətən qiymət telefonun qutusuna aid olur, bu qiyməti çox da artırmamaq üçün qutunun daxilindəki «ikinci dərəcəli» komponentləri, yəni adapter və qulaqlıları ixtisra etməklə şirkətlər öz mənfəət marjalarını qorumağa çalışdılar.
«Ekoloji zərurət» arqumenti isə onlara həm də bu addıma haqq qazandırmaq üçün əla bəhanə verir.





![«Apple» şirkəti «adapter əməliyyatı»ndan -[red] 6 MİLYARD DOLLARI NECƏ QAZANDI? – BİZNES TARİXİ[/red] | FED.az](upload/news/small/3483984.png)
![«Apple» şirkəti «adapter əməliyyatı»ndan -[red] 6 MİLYARD DOLLARI NECƏ QAZANDI? – BİZNES TARİXİ[/red] | FED.az](upload/news/small/4536282.jpg)
![«Apple» şirkəti «adapter əməliyyatı»ndan -[red] 6 MİLYARD DOLLARI NECƏ QAZANDI? – BİZNES TARİXİ[/red] | FED.az](upload/news/small/4616996.png)
![«Apple» şirkəti «adapter əməliyyatı»ndan -[red] 6 MİLYARD DOLLARI NECƏ QAZANDI? – BİZNES TARİXİ[/red] | FED.az](upload/news/small/3021064.png)
![«Apple» şirkəti «adapter əməliyyatı»ndan -[red] 6 MİLYARD DOLLARI NECƏ QAZANDI? – BİZNES TARİXİ[/red] | FED.az](upload/news/small/15814.jpg)








