Ölkənin ən böyük biznes qurumlarından biri olan «Azərsun Holdinq»in satınalmalarında yerli şirkətlərin payı sürətlə artmaqdadır. «Azərsun»un keçirdiyi tenderlər, satınalmalar və bu sahədəki dəyişikliklərlə bağlı FED.az-ın suallarını «Azersun holdinq»in satınalmalar və beynəlxalq logistika üzrə direktoru Səccad Ağapur cavablandırıb.
- Səccad bəy, «Azərsun Holdinq» ölkənin ən böyük biznes qurumlarından biri olmaqla yanaşı, həm də iri satınalan təşkilatdır. Satınalmalarınızda yerli və xarici şirkətlərin payı necədir?
- Məsələn, yerli yatırımlar var. Bizim şirkətin də fəlsəfəsi, həm də şirkət rəhbərinin təlimatıdır ki, yerli bazara, yerli sahibkara dəstək verməkdir. Bu səbəbdən də bir çox şirkətlərdən böyük alışlarımız var. Yerli şirkətlər böyük yatırımlar yapdılar ediblər. Nəticədə biz bir iki il əvvəl xaricdən böyük alışlar edirdiksə, indi satınalmaları Azərbaycanın daxilinə yönəltmişik və böyük miqyasda satınalmalar edirik. Nəticədə ölkədaxili satınalmalarımız təqribən 15-20% yüksəlib və bir çox malı məhz ölkə daxilindən alırıq.
- Məsələn, daxili bazardan ən çox hansı malları alırsınız?
- Biz indi daxili bazardan ən çox kabellər, sandviç panellər, mis məmulatları, paketləmə məhsulları, kimi malları alırıq və bunların çeşidi getdikcə çoxalır. Çünki, təzə-təzə şirkətlər gəlir, yatırımlar çoxalır, dövlətimiz də dəstək verir. Bizim üçün böyük yerli şirkətlərin olması böyük bir üstünlükdür. Çünki hazırda dünyada logistik, daşıma problemləri var. Ona görə də özümüzü içəridən, daxili mənbələr hesabına təmin etmək, həm şirkət olaraq özümüz üçün, həm də ölkə üçün sərfəlidir. Çünki daxili alışlar zamanı ölkənin valyutası xaricə çıxmır.
- Həm də istehsalçı yanımızdadır, lazım olarsa dərhal əlaqə saxlamaq mümkündür...
- Bəli, şirkətimizin siyasəti də odur ki, alışlarımız ölkə daxilindən təmin edilsin. Dediyim kimi, onların da sayı gündən-günə artır, yeni şirkətlər gəlir, yeni istehsal sahələri qurulur və bu da çox sevindirici bir haldır.
- Seccad bəy, ümumiyyətlə, satınalmaların hansı hissəsi xarici və yerli mənbələrdən təmin edilir?
- Əvvəllər xaricdən alışlar daha artıq idi, amma indi yerli firmalar daha çox üstünlük təşkil edir.
- Yəni indi demək olar ki, satınalmalar xarici və yerli mənbələrdən 50/50-yəlir?
- Bəli elədir. Amma bu xammal alışlarına aid deyil. Xammalın böyük hissəsi xaricdən gəlir. Məsələn, şəkər, yağ və bəzi başqa xammallar xaricdən alınır.
- Bəs ərzaq mallarında necə?
- Ərzaq mallarında da, məsələn, sonra əllərdə olan kənd təsərrüfatına dəstək olmaqla, bunları da məsələn, biz özümüz şəkərdir, pomidordur və bənzər bu kimi şeylər əkinçiyə kredit verilir, traktorla təmin edirik və sair. Sonra da bu məhsulu alırıq.
- Sizin satınalmalarınızın hansı hissəsi tenderlə olur, yoxsa artıq etibarlı bir zəncir qurulub?
- Bəlli bir tutar var, onlardan sonra hamısı tender olunur. Yəni tender üsuluyla ən aşağısı bir 4-5 firmadan təklif alınır, əsas da dediyim təklifin üstünlüyü şirkətin bizə verdiyi hədəflərdən biri yerli şirkətlərdir. Yəni bu, bizim hədəfimizdir.
- Məsəlçün, ümumi satınalmalarınızın neçə faizini tenderdən keçirdirsiniz?
- Belə deyək, konkret markalardan başqa qalan bütün satınalmalar tenderlə keçirilir.
- Demək olarmı ki, satınalmalarınızın yarısı tender üsulu ilə həyat keçirilir?
- Daha çox. Böyük həcmli satınalmaların hamısı tenderlə həyata keçirilir.
- Tenderlə eləmək sizə nə qədər qənaət eləməyə imkan verir?
- Düzdür, burada məqsəd qənaət deyil, şəffaflıqdır. Yəni başqa şirkətlərin haqları yeyilmir, bağlı zərfdə və ya birbaşa emaillə təkliflərini verir, burada qiymət və keyfiyyət baxımından uğurlu təklif qəbul edilir.
- Seccad bəy, bildiyiniz kimi, Azərbaycanda dövlət satınalmalarında belə bir qayda var ki, yerli məhsul xarici analoqundan hətta 20 faizə qədər baha olsa da, onu almağa icazə verilir. Çünki yerli məhsuldur. «Azərsun Holdinq»in satınalmalarında bun oxşar qayda varmı? Yəni yerli və xarixi mal alınanda yerlilərə baha olsa belə, üstünlük verilirmi?
- Əslində biz onsuz da bu amili nəzərə alır və müqayisə eləyirik. Məsələn, mən, tutalım, MDB ölkələrindən və ya Avropadan bir mal alıramsa, bunun logistikasını hesablayıram. Bu gün məsələn, Avropadan gələn marşrut - bir avtomobil yükün gəlməsi aşağısı 7 min avro-filandır. Və bu qiymət yerli və xarici mal arasındakı 20%lik fərqi artıqlaması ilə qapadır.
Məsələnin başqa tərəfi də var – bayaq qeyd etdiyim kimi –yerli firmadan mal alanda, bir problem olarsa, gedib qapısını döyə bilirəm ki, gəl. Amma xarici şirkətlə mən onu edə bilmirəm. Yəni yerli firmadan mal almağın başqa belə üstünlüyü də var.