13–14 il ərzində yüz milyonlarla avro cəlb edən, Avropanın ən böyük həşərat fermalarından birini quran və sonda iqtisadi modelini işlədə bilmədiyi üçün 2025-ci ildə müflis olan Fransanın Ÿnsect şirkəti.
FED.az biznes və maliyyə portalı xəbər verir ki, bir neçə il əvvəl investorlar, hətta dövlətlər də kənd təsərrüfatının gələcəyində qəribə görünən bir ideyaya ciddi pul yatırmağa başlamışdılar: zülalı böcəklərdən istehsal etmək.
Fikir sadə idi - əhali sürətlə artır, heyvandarlıq üçün yemə, xüsusilə zülala tələbat yüksəlir, torpaq və su resursları isə məhduddur. Bəs niyə zülalı böyük heyvanlardan və ya balıqdan almaq əvəzinə böcəklər yetişdirməsin?
Fransada 2011-ci ildə qurulan Ÿnsect şirkəti də məhz bu ideyalardan ruhlanaraq işə başladı. Şirkətin ideyası sadə idi - əsasən un qurdundan (mealworm) istifadə edərək zülal və digər məhsullar istehsal etməyi planlaşdırırdı. Alınacaq məhsullar heyvan yemi, balıq yemi, ev heyvanları üçün yem və daha sonra insan qidası üçün nəzərdə tutulurdu.
«Ÿnsect» şirkətinin biznes modeli ilk baxışdan kifayət qədər məntiqli və biznes baxımından dayanıqlı görünürdü. Böcəklər böyük heyvanlarla – mal-qara ilə müqayisədə daha az resurs tələb edir, onların yetişdirilməsi üçün şaquli fermalardan istifadə etmək mümkündür və nəticədə adi heyvandarlıqdan daha səmərəli zülal əldə etmək olar.
Şirkətin ideyasını və biznes planını dinləyən investorlar da bu məntiqi əsas tutdular və layihəyə pul ayırmağa başladılar.
«Ÿnsect» şirkəti öz «böcək» ideyası ilə illər ərzində yüz milyonlarla avro maliyyə cəlb etdi. Artıq 2024-cü ildə şirkət 550 milyon avro və 600 milyon dollar vəsait cəlb etmişdi.
Aydındır ki, şirkət bu pulla sadəyə kiçik bir ferma qurmaq istəmirdi, məqsəd sənaye miqyasına çıxmaq, bazara indi mövcud olan məhsullarla rəqabət aparmaq idi.
2020-ci ildə «Ÿnsect» Fransanın Poulainville şəhərində təxminən 45 min kvadratmetrlik böyük istehsal kompleksi – Ÿnfarm – layihəsinə başladıldı. sənaye sahəsində böcəklərin yetişdirilməsi və onların zülal tərkibli məhsullara çevrilməsi nəzərdə tutulurdu.
Amma ilk məhsul buraxılan kimi, əsas problem ortaya çıxdı. Məhsul çox baha idi.
İlk məhsul təkcə həşəratdan alınmasına görə deyil, həm də qiymətinə görə təəcüb doğurdu. Həşaratdan alınan zülallı un bazardakı analoqlarından 2-6 dəfə baha idi. Belə ki, həmin vaxt Avropada fermerlərə soyadan alınan un tonu 500 avroya, balı qunu 1850 avroya satılırdı. «Ÿnsect»in buraxdığı həşərat unu isə 3250 avroya təklif edildi.
Doğrudur, soya unundakı protein konsentrasiyası daha aşağı idi – 44-48%, həşərat ununda bu rəqəm 55-60% idi. Amma hətta bunu nəzərə alanda da qiymət fərqi 5 dəfə ətrafında idi. Və fermerlərdə haqlı sual yarandı: eyni məhsulu niyə 5 qat baha almalıyam? Bu sual «Ÿnsect» şirkətinin vaxtilə özünə vermədiyi sual idi.
Məlum oldu ki, şirkət bazara tam əmin olmadan, üstəlik də qiymət rəqabətini nəzərə almadan istehsala başlayıb. Biznes modelinin problemi burada üzə çıxdı.
Doğrudur, ilk baxışdan böcək istehsalı ucuz başa gəlməli ildi, çünki onların yemi olan üzvi tullantılar da ucuz idi. Amma lakin təhlükəsizlik və logistika məhdudiyyətləri səbəbindən məhsulun ucuzluğunu axıradək qorumaq mümkün olmadı.
Nəticədə problemlər başlandı – 2022-ci ildə «Ÿnsect» hazır məhsul satışından cəmi 568 min avro gəlir əldə edərək ili 90 milyon avro zərərlə tamamlamışdı.
Vəziyyəti belə görən şirkət strategiyasını dəyişməyə çalışdı. O daha yüksək marjalı bazarlara, xüsusilə ev heyvanları üçün yem sektoruna yönəlmək, xərcləri azaltmaq və bəzi istehsal obyektlərini bağlamaq qərarları verdi.
Amma bu addamlar da kömək etmədi. 2024-cü ilin sentyabrında «Ÿnsect» şirkəti maliyyə çətinlikləri səbəbindən Fransada məcburi restrukturizasiya proseduruna daxil edildi. Şirkət istehsalını genişləndirmək və rentabelliyə çatmaq üçün əlavə maliyyəyə ehtiyac duyurdu, amma bu da mümkün olmadı. 2025-ci ilin fevralında vəziyyət daha da pisləşdi və şirkət müflisləşmə proseduruna müraciət etdi, həmin ilin dekabrında isə «Ÿnsect» məhkəmə qərarı ilə ləğv edildi.
Beləliklə «Ÿnsect» şirkətinin çox cəlbedici – nağıl kimi başlayan biznez keysi uğursuzluqla başa çatdı. «Ÿnsect» və onun həşərat biznesinin başına gələnlər biznes üçün ənənəvi olan və heç vaxt dəyişməyən həqiqəti üzə çıxardı – məhşulun bazarını və onu neçəyə satacağını dəqiqləşdirməlisən. Yni məhsulu kimə və hansı qiymətə sata biləcəyini sübut etməlisən. Çünki «Ÿnsect»in ideyasına yüz milyonlarla avro tapılsa da, məhsulu satmağa kifayət qədər alıcı tapılmadı.






![Böcəklərdən milyardlıq biznes qurmaq istədil – [red]Yüz milyonlarla avro yatırıb müflis oldu[/red] | FED.az](/upload/news/small/1024879.png)
![Böcəklərdən milyardlıq biznes qurmaq istədil – [red]Yüz milyonlarla avro yatırıb müflis oldu[/red] | FED.az](/upload/news/small/185212.png)







