Xəbər verildiyi kimi, son günlər ABŞ və İsrailin İrana hücumu ilə başlayan müharibənin əsas mövzularından biri Hörmüz boğazıdır.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, hərbi əməliyyatların gərgin vaxtında İranın düşmənlərinə qarşı istifadə etdiyi əsas təhdid və tədbirlərdən biri Hörmüz boğazının bağlanmasıdır. Rəsmi Tehran artıq dəfələrlə bəyan etdikdən sonra Hörmüz boğazını faktiki olaraq bağlayıb.
Hörmüz boğazı kimindir? Şumerlərdən Səfəvilərə və Britaniyaya kimi – BİZNES TARİXİ – 1
Bəs Hörmüz boğazı doğrudanmı İrana məxsusdur? İranın bu boğazı bağlamaq və ya buradan xüsusi keçid qaydaları tətbiq etmək hüququ varmı?
Hörmüz boğazı İrana məxsusdurmu?
Hazırda qüvvədə olan beynəlxalq hüquqa əsasən, Hörmüz boğazı tamamilə İranın ərazisi deyil. Məsələ bundadır ki, boğazın şimal sahili İrana, cənub sahili isə Oman və Birləşmiş Ərəb Əmirliklərinə məxsusdur. Yəni burada təkcə İranın deyil, bir neçə ölkənin payı var.
Bəs İsraildə vəziyət necədir? - «Tramp «dayan» deyən kimi, İsrail dayanacaq» - MÜSAHİBƏ
Bəs İranda vəziyyət necədir?: Təbrizdən qayıdan bir Azərbaycanlı jurnalist: "Sirena və sığınacaqlar yoxdur, hər kəs bacardığı qədər özünü xilas edir"
Bəs Dubayda vəziyyət necədir?: Raketlər göydə vurulur, adamlar evdən işləyir, istirahət və əyləncə pulsuzdur – Dubaydakı azərbaycanlılar danışır – MÜSAHİBƏ
Maraqlıdır ki, Hörmüz boğazının ərazi suları da tamamilə İran ərazisinə düşmür. Beynəlxalq dəniz hüququna görə, hər bir dövlətin sahilindən 12 dəniz mili (təxminən 22 km) məsafəyədək olan zona - onun suveren ərazisi sayılır. Hormuz boğazının ən dar yerinin eni cəmi 21 mildir (39 km). Bu da o deməkdir ki, boğazın bütün suları ya İranın, ya da Omanın ərazi sularına düşür. Yəni ortada "beynəlxalq sular" (açıq dəniz) yoxdur. Məsələ bundadır ki, beynəlxalq sularda digər ölkələrin gəmilərinin hərəkət problemi yoxdur. Burada isə söhbət hansısa ölkənin ərazi sülarından gedir.
Bəs gəmilər Hörmüz boğazından necə keçir?
BMT-nin 1982-ci il Dəniz Hüququ Konvensiyasına (UNCLOS) görə, beynəlxalq əhəmiyyətli boğazlarda "Tranzit Keçid" (Transit Passage) rejimi tətbiq olunur.
Bu o deməkdir ki, boğaz sahil dövlətlərinin, yəni İran və Omanın ərazi sularından ibarət olsa da, xarici gəmilər (həm mülki, həm hərbi) oradan maneəsiz keçmək hüququna malikdir. Amma İran bu konvensiyanı axıradək qəbul etməyib. Yəni rəsmi Tehran bu sənədi imzalayıb, amma parlament tərəfindən ratifikasiya etməyib. Bu da ölkəyə boğazdan istifadə ilə bağlı manevr etməyə imkan verir. İran iddia edir ki, o, boğazdan istifadə ilə bağlı yalnız «Zərərsiz Keçid» qaydalarını qəbul edir. "Zərərsiz keçid" isə o deməkdir ki, sahil dövləti bəzi hallarda buradan keçidi məhdudlaşdırmaq və ya gəmilərdə yoxlama aparmaq imkanına malik ola bilər.
Bəs İran Hörmüz boğazını bağlaya bilərmi?
Yuxarıda göstərilənləri nəzərə alanda, hüquqi baxımdan İran Hörmüz boğazını bağlamaq hüququna malik deyil – bu beynəlxalq ticarət qanunlarının və dəniz azadlığının pozulması deməkdir. Quydalara görə, Tehran buradan keçən gəmiləri yalnız yoxlaya bilər. Amma bu sənəd üzərində olan vəziyyətdir. Reallıqda isə İran hərbi baxımdan boğazı bağlaya bilər və bunu bir neçə üsulla etmək mümkündür.
Məsələ bundadır ki, boğazın şimalındakı adalar (Böyük və Kiçik Tunb, Əbu Musa) İranın nəzarətindədir. İran bura raket sistemləri və sürətli katerlər yerləşdirib. Digər tərəfdən, İran tərəfi boğaza minalar düzür, boğaz dar olduğuna görə, gəmilərin bu minalara düşmə riski böyükdür. Bu da gəmilərin hərəkətini iflic edə bilər.
Bütün bunların beynəlxalq hüquqa zidd olmasına gəlincə, əslində ABŞ və İsrailin də Tehrana qarşı atdığı addımlar – səbəbsiz olaraq ölkəyə hücum, ölkə rəhbərlərinin fiziki cəhətdən məhv edilməsi, mülki obyektlərə hücumlar və sair – da beynəlxalq hüquqa ziddir. Tehran da ona qarşı qanunsuzluq edildiyini və hüquqlanının pozulduğunu əsas gətirərək bunu edəcəyini bildirir.
Bəs gəmilər niyə Oman tərəfindən keçmirlər?
Doğrudan da, yuxarıda qeyd edildiyi kimi, Hörmüz boğazı bir neçə ölkənin ərazi sularına qarışır, xüsusilə boğazın dar yerində İran və Oman ərazi suları kəsişir. Bəs belə halda gəmilər nə üçün Oman sularında deyil, problemli İran sularında hərəkət edirlər? Sadəcə Omanın sularından keçmək olmaz?
Məsələ bundadır ki, boğaz ümumi olsa da, gəmilərin hərəkəti üçün ayrılmış xüsusi marşrut - «Gəmi Trafik Ayrılma Sxemi» var. Bu yollar əsasən dənizin dərinliyi və naviqasiya rahatlığı baxımından İran və Oman sularının içindən keçir. Yəni gəmilər Oman sularında olanda da İranın hərbi raketlərinin və katerlərinin birbaşa hədəf zonasında olurlar. Məhz buna görə İran tərəfi körfəzdə düşmən saydıqları gəmiləri vuracaqlarını belə rahat şəkildə bəyan edirlər.











