FED.az xəbər verir ki, "İş Qurdu" layihəsinin növbəti qonağı gənc ikən işə qəbul edilmədiyi üçün məcburi özü bir işə başlayan, İDEA brendi adı altında "Made in Azerbaijan" yazdırmağı bacaran və bu brendi dünya miqyasında tanıdan "İDEA" brendinin təsisçisi İbrahim Alısoy olub.
"2003-ci ildə yolu, qazı, elektrik enerjisi, suyu olmayan boş bir torpaq sahəsində fabrik qurmaq istəyəndə, ətrafımdakı dostlarım mənə "sənin başın işləmir" dedilər. Mən dostun, qohumun sözü ilə demotivasiya olacamsa, o zaman heç işə başlamamalısan. Gərək inanasan ki, "olacaq". Bu gün orada fabrik də, işçiləri də var və daha böyüyünün olmasını arzulayırıq. Mənə deyirdilər ki, "niyə Azərbaycanda istehsal qurursan, get Çindən bağ mebellərini alıb gətir, sat da...". Birincisi, 10, nəfər, 50 nəfər azərbaycanlı evinə çörək aparmırsa, mən niyə çinliyə niyə xeyr verməliyəm?! 2014-cü ildə Rusiya Prezidentinin istəyi üçün bütün dünyanı gəzdilər, sonda gəlib bizə sifariş verdilər", - İbrahim Alısoy bildirib.