«Troni İnvestisiya Şirkəti» QSC 2022-ci ilin maliyyə göstəricilərini açıqlayıb.
“İnvest-az”ın aktivləri və xalis mənfəəti - KƏSKİN ARTDI - HESABAT
"AzFinance" İnvestisiya Şirkətinin vəziyyəti məlum oldu - MƏNFƏƏTİ AZALIB - HESABAT
Kəmalə Məmmədovanın investisiya şirkəti bir ildə - 1,3 MİLYON MANAT QAZANIB
«Xalq Kapital» investisiya şirkətinin – MƏNFƏƏTİ KƏSKİN AZALIB - HESABAT
"PSG Kapital" kiçilib, gəliri və mənfəəti - 2 DƏFƏ AZALIB
350 min manata satılan şirkətin vəziyyəti məlum oldu – HESABAT
FED.az xəbər verir ki, yeni fəaliyyətə başlayan şirkət ilk dəfə 2022-ci ildə gəlir əldə etməyə başlayıb.
Ötən il «Troni İnvestisiya Şirkəti»nin satışdan gəlirləri və ümumilikdə əməliyyat gəlirləri 11,2 min manat olub.
Şirkət 2022-ci ildə tammiqyaslı fəaliyyətə bavşladığına görə, 2022-ci ildə onun xərcləri də kəskin – 44 dəfə artaraq 138,5 min manata yüksəlib.
Məsələn 2021-ci ildə cəmi 3 min manat əmək haqqı ödəyən şirkətdə maaşlar 2022-c ildə 66,5 min manat olub ki, bu da 2021-ci illə müqayisədə 63,3 min mant, yəni 21,1 dəfə artım deməkdir.
Digər kommersiya xərcləri isə 75,1 min manat təşkil edib.
Şirkətin inzibati xərcləri isə 2 dəfən çox artmaqla 7,6 min manat olub.
Nəticədə şirkət 2022-ci ili 138,1 min manat xalis zərərlə tammalayıb. Xatırladaq ki, 2021-ci ildə şirkətin xalis zərəri cəmi 5 min manat olmuşdu.
2022-ci ildə «Troni İnvestisiya Şirkəti»nin aktivləri 86 min manat, yaxud 23,7% artımla 449,4 min manat olub.
Aktivlərin 270,7 min manatını keçən illə müqayisədə 92,6 min manat, yaxud 25,5% azalma ilə məcmu qısamüddətli aktivlərin dəyəri, 142,6 min manatını isə 136,6 min manat artımla (23,8 dəfə) digər qısa müddətli aktivlər təşkil edir. Məcmu uzun müddətli aktivlərin dəyəri isə 174 min manatdır.
Nağd pul vəsaitləri son bir ildə 3 dəfəyə yaxın aşağı düşərək 106,8 min manat olub.
Debitor borcların həcmi isə 19,8 min manat təşkil edir.
2022-ci ilin sonunda «Troni İnvestisiya Şirkətin»in öhdəliyi 4,4 min manat olub.
Şirkətin kapiatlı və nizamnamə kapitalı isə 85 min manat, yəni 23,6% artımla 445 min manata yüksəlib.
Beynəlxalq birjalarda və Azərbaycanda istiqraz, səhm və digər investisiya alətləri ilə əməliyyatları InvestAZ investisiya şirkəti vasitəsilə həyata keçirmək mümkündür.