"PSG Kapital İnvestisiya şirkəti" ASC 2022-ci il üzrə maliyyə göstəricilərini açıqlayıb.
Lizinq şirkəti "Partner Finance" da kapital bazarından - BORC ALIR
FED.az xəbər verir ki, şirkətin 2022-ci il üzrə əməliyyat gəlirləri 2 dəfə azalıb. Belə ki, 2021-ci ildə əməliyyat gəlirləri 2 milyon 161 min manat təşkil etmişdisə, 2022-ci ildə bu rəqəm 1 milyon 88 min manat azalma ilə 1 milyon 73 min manata düşüb.
Şirkətin ümumi xərcləri də 919 min manat, başqa sözlə 30,6% azaldaraq 3 milyon 7 min manatdan, 2 milyon 88 min manat təşkil edib.
Nəticədə 2022-ci ildə şirkətin illik mənfəəti 863 min manat təşkil edib. Bu da 2021-ci illə müqayisədə 2 dəfəyə yaxın (49,8%) və ya 854 714 manat azalma deməkdir. Belə ki, şirkət 2021-ci ili 1 milyon 718 min manat təşkil edib.
2022-ci ildə «PSG Kapital İnvestisiya» şirkətinin aktivləri 42,4%, yaxud 1 9,4 milyon manat azalaraq 26,4 milyon manat təşkil edib. Aktivlərin 12.22 milyon manatını ticarət investisiya qiymətli kağızlarına yatırımlar təşkil edir. Bu göstərici son bir ildə 15% yaxud 2,2 milyon manat azalıb.
Şirkətin öhdəlikləri isə 18 milyon manat, yəni iki dəfədən çox azalaraq (52,5%) 17 milyon manata düşüb.
Bunun da 16 milyon manatı müştərilərə qaytarılacaq borclardır. Şirkətin belə öhdəlikləri də 2 dəfədən çox, (53,7%), 18,6 milyon manat azalıb.
Nəhayət, 2022-ci ildə «PSG Kapital İnvestisiya» şirkətinin kapitalı 484 min manat və ya 5% azalaraq 9,27 milyon manata düşüb.
Beynəlxalq birjalarda və Azərbaycanda istiqraz, səhm və digər investisiya alətləri ilə əməliyyatları InvestAZ investisiya şirkəti vasitəsilə həyata keçirmək mümkündür.