Bir ay əvvəl sahibini dəyişmiş «BTB Kapital» investisiya şirkətinin vəziyyəti açıqlanıb.
FED.az şirkətin 2022-ci il üzrə hesabatına istinadən xəbər verir ki, ötən il şirkət mənfəətlə işləsə də, 2021-ci illə müqayisədə mənfət gstəricisi aşağı düşüb.
Hesabata əsasən 2022-ci ildə «BTB Kapital»ın gəlirləri 892 min manat olub ki, bu da 2021-ci illə müqayisədə 219 min manat və ya təqribn 20% azdır.
Şirkətin il ərzində cəmi əməliyyat xərcləri isə 836 min manat təşkil edib. Bu göstərici isə 2021-ci illə müqayisədə 152 min manat azdır.
2022-ci ildə «BTB Kapital» işçilərin əmək haqqı və inzibati xərclərə 234 min manat (13% azalma), komissiya xərclərinə 280 min manat (9% azalma), agent xərclərinə 2500 manat (17 dəfə azalma) sərf edib.
Digər əməliyyat xərcləri isə 320 min manat olub (13% azalıb). Nəticədə şirkətin əməliyyat mənfəəti 55 min manat olub (2,2 dəfə azalma).
Daha 79 min manat isə faiz xərcləri kimi daxil olub (35% azalma).
Hesabatdan məlum olur ki, 2022-ci ildə «BTB Kapital» faiz xərclərini kəskin azaldı bilib – 101 min manatdan 1300 manata endirib.
Əvəzində xarici valyuta məzənnələrində 14 min manat xərcə düşüb. Nəticədə şirkətin vergidən əvvəlki mənfəəti 123 min manat, 24 min manat mənfəət vergisi ödənişindən sonra isə xalis mənfəəti 99 min manat olub. Bu 2021-ci illə müqayisədə 20 min manat azdır.
2022-ci ildə «BTB Kapital»ın cari aktivləri 230 min manat 6,8% azalaraq 3,2 milyon manata enib. Amma maraqlə dəyişiklik aktivlərin tərkibindədir. 2021-ci ildə pul v pul ekvivalentinin həcmi 3,2 milyon manat idi. Amma 2022-ci ildə bunun böyük hissəsi– 2,2 milyon manatı müştərilərin investisiya portfelinə yatırılıb.
Ümumilikdə şirkət 2022-ci ildə böyüyüb və aktivləri 3,7 milyon manatı keçib. Şirkətin öhdəlikləri 2,37 milyon manat, cəmi kapitalı isə 1,38 milyon manat olub.
Beynəlxalq birjalarda və Azərbaycanda istiqraz, səhm və digər investisiya alətləri ilə əməliyyatları InvestAZ investisiya şirkəti vasitəsilə həyata keçirmək mümkündür.