“İnvest.Az" İnvestisiya Şirkəti QSC 2022-ci il üzrə maliyyə göstəricilərini açıqlayıb.
Qızılın qiymətinin artması yenidən bərpa oluna bilər - İnvestAZ TƏQDİM EDİR
FED.az xəbər verir ki, şirkətin 2022-ci ildə cəmi gəlirləri 21,4%, başqa sözlə 873 min manat artaraq 4 milyon 960 min manat təşkil edib.
Bundan 24,7%, yəni 927 min manat artımla 4 milyon 672 min manatı marja ticarətindən xalis gəlirlərin payına düşüb. 242 min manat gəlir isə şirkətin broker xidmətlərindən və digər komissiya gəlirləri təşkil edib
2022-ci ildə “İnvest.Az" İnvestisiya Şirkəti QSC-nin İnzibati və əməliyyat xərcləri 1,19 milyon manat və ya 52% artaraq 3,47 milyon manata yüksəlib.
Şirkətin haqq və komissiya xərcləri 247 min manat, faiz xərcləri isə 387 min manat olub.
Nəticədə şirkətin əməliyyat mənfəəti 852 min manat təşkil edib. 2022-ci ildə “İnvest.Az" İnvestisiya Şirkəti QSC 1 milyon 168 min manat həcmində digər gəlirlər əldə edib.
Nəticədə 2022-ci ildə şirkətin illik xalis mənfəəti 1 milyon 589 min manat təşkil edib. Bu 2021-ci illə müqayisədə 347 min manat, yəni təqribən 28% artıqdır.
2022-ci ildə «“İnvest.Az" İnvestisiya Şirkəti QSC şirkətinin aktivləri 88%, yaxud 12,7 milyon manat artaraq 27,2 milyon manat təşkil edib.
Aktivlərin 9 milyon 464 min manatını nağd pul vəsaitləri təşkil edir.
Şirkətin öhdəlikləri isə 11,8 milyon manata yaxın, yəni 2,1 dəfə artaraq 22,5 milyon manata qalxıb.
2022-ci ildə «İnvest.Az» şirkətinin kapitalı 900 min manata yaxın və ya 23,4% artaraq 4 milyon 742 min manata yüksəlib.
Şirkətin nizmanamə kapiatlı əvvəlki illə müqayisə 25,9% başqa sözlə 584 min manat artaraq 2 milyon 839 min manat təşkil edib.
2021-ci ildəki 1 milyon 588 min manat bölüşdürülməmiş mənfəətin həcmi 2022-ci ildə 1 milyon 903 min manat bölüşdürülməmiş mənfəətlə əvəzlənib. Bu da keçən ilkindən 19,9%, yəni 315 min manat çoxdur.
Beynəlxalq birjalarda və Azərbaycanda istiqraz, səhm və digər investisiya alətləri ilə əməliyyatları InvestAZ investisiya şirkəti vasitəsilə həyata keçirmək mümkündür.