“CPM İnvestisiya Şirkəti” QSC 2022-ci il üzrə maliyyə göstəricilərini açıqlayıb.
FED.az şirkətin hesabatına istinadən xəbər verir ki, 2022-ci ildə şirkətin cəmi gəlirləri 2,3 dəfə, başqa sözlə 1 milyon 413 min manata yaxın artaraq 2 milyon 439 min manat təşkil edib.
“CPM İnvestisiya Şirkəti“ QSC-nin Audit Hesabati
Ümumi və inzibati xərcləri 379 min manat və ya 78,2% artıb və 837 min manata yaxın manat olub.
Şirkətin cəmi əməliyyat mənfəəti 2,9 dəfə, yəni 1 milyon 33 min manata yaxın artıb və 1 milyon 576 min manat olub.
Bundan 315 min manat mənfəət vergisi kimi ödənilib. Əvvəlki illə müqayisədə mənfəət vergisinin məbləği 3 dəfəyə yaxın artıb.
Nəticədə 2022-ci ildə şirkətin illik xalis mənfəəti 1 milyon 261 min manat təşkil edib. Bu 2021-ci illə müqayisədə 827,5 min manat, yəni 2,9 dəfə çoxdur.
2022-ci ildə “CPM İnvestisiya Şirkəti“ QSC şirkətinin cəmi aktivləri 8 dəfə artaraq 21 milyon manatdan 17 milyon 81 min manata qalxıb.
Aktivlərin byük hissəsi 10,2 milyon manatı yüklü maliyyə aktivlərinə yatırılıb. Daha 6,5 milyon manat isə uzunmüddətli yatırım olub.
Aktivlərin 39,7 min manatını vəsaitləri təşkil edir. Bu göstərici ötən illə müqayisədə 24 dəfə, yaxud 920,7 min manat aşağı düşüb.
Şirkətin öhdəlikləri isə 13,8 milyon manata yaxın, yəni 11,4 dəfə artaraq 15,1 milyon manata çatıb. 2022-ci ildə investisiya şirkəti 960 min manatlıq borcunu bağlayıb.
2022-ci ildə «CPM İnvestisiya şirkəti»nin kapitalı 1 milyon 170 min manata yaxın və ya 2,4 dəfə artaraq təxminən 1 milyon 981 min manata yüksəlib.
Bunun 1,2 milyon manatı səhmdarların yatırdığı puldur, 2022-ci ildə şirkətin sahibi bura əvvəlki 400 min mianatdan əlavə daha 800 min manat ödəyib. Daha 780 min manat isə «CPM İnvestisiya şirkəti»nin əvvəlki illərdən yaranan və bölüşdürmədiyi mənfəətidir.
Xatırladaq ki, “CPM İnvestisiya Şirkəti“ QSC-nin səhmlərinin 100%-i Məmmədova Kəmalə Qələndər qızına məxsusdur.
Beynəlxalq birjalarda və Azərbaycanda istiqraz, səhm və digər investisiya alətləri ilə əməliyyatları InvestAZ investisiya şirkəti vasitəsilə həyata keçirmək mümkündür.