“Xalq Kapital İnvestisiya Şirkəti” QSC 2022-ci il üzrə maliyyə göstəricilərini açıqlayıb.
FED.az xəbər verir ki, şirkətin 2022-ci ildə cəmi gəlirləri 16,3%, başqa sözlə 19 min manata yaxın azalaraq 96,1 min manat təşkil edib. Bu gəlirlərin 81,1 min manatını əqdlər üzrə komissiya gəlirləri, 15 min manatını isə dividend gəlirləri təşkil edib. Əqdlər üzrə komissiya gəlirləri 2021-ci ilə nisbətən 18,6% (18,7 min manat), dividend gəlirləri isə 1,5% (225 manat azalıb)
Şirkətin cəmi əməliyyat xərcləri 3,4 dəfə, yəni 65 min manata yaxın artıb və 92 min manat olub
Ümumi və inzibati xərcləri 3 min manat və ya 11,6% azalıb və 23,1 min manat olub.
Şirkətin əmək haqqı və işçilərinə etdiyi ödənişlər isə 13,1%, başqa sözlə 7,8 min manat artaraq 67,1 min manata çatıb.
Nəticədə 2022-ci ildə şirkətin illik xalis mənfəəti 49,2 min manat təşkil edib. Bu 2021-ci illə müqayisədə 114,6 min manat, yəni 2 dəfədən çox (57)% azdır.
2022-ci ildə «“Xalq Kapital İnvestisiya Şirkəti “QSC şirkətinin aktivləri 2,2%, yaxud 20 min manat artaraq 940 min manat təşkil edib.
Aktivlərin 35,7 min manatını nağd pul vəsaitləri təşkil edir. Nağd pul vəsaitləri və onların ekvivalentləri üzrə göstəricilər də bir illə müqayisədə 51,9%, yaxud 12,2 min manat artıb. İnvestisiya qiymətli kağızlarının payına isə 885 min manat düşüb. Bu rəqəm də son bir ildə 2%, yəni 17,2 min manat artıb.
Şirkətin öhdəlikləri isə 30 min manata yaxın, yəni 2 dəfə azalaraq 26,2 min manata düşüb.
2022-ci ildə «Xalq Kapital» İnvestisiya şirkətinin kapitalı 49,3 min manata yaxın və ya 5,7% artaraq təxminən 914 min manata yüksəlib.
Bunun 420 min manatını səhmdar kapitalı, 84 min manataını investisiya qiymətli kağızları üzrə realizasiya olunmamış gəlirləri təşkil edib ki, bu göstəricilər də 2021-ci ildə olduğu kimi qalıb.
2021-ci ildəki 360,5 min manat bölüşdürülməmiş mənfəətin həcmi 2022-ci ildə 409,8 min manat bölüşdürülməmiş mənfəətlə əvəzlənib. Bu da keçən ilkindən 13,7%, yəni 49,2 min manat çoxdur.
Beynəlxalq birjalarda və Azərbaycanda istiqraz, səhm və digər investisiya alətləri ilə əməliyyatları InvestAZ investisiya şirkəti vasitəsilə həyata keçirmək mümkündür.