"AzFinance" İnvestisiya Şirkəti 2022-ci il üzrə maliyyə göstəricilərini açıqlayıb.
“İnvest-az”ın aktivləri və xalis mənfəəti - KƏSKİN ARTDI - HESABAT
Kəmalə Məmmədovanın şirkəti bir ildə - 1,3 MİLYON MANAT QAZANIB
«Xalq Kapital» investisiya şirkətinin – MƏNFƏƏTİ KƏSKİN AZALIB - HESABAT
"PSG Kapital" kiçilib, gəliri və mənfəəti - 2 DƏFƏ AZALIB
FED.az xəbər verir ki, 2022-ci ildə şirkətin bəzi maddələr üzrə gəlirləri aşağı düşüb.
Belə ki, ötən il "AzFinance"ın portfel idarəçiliyindən gəlirləri 100 min manatdan çox azalaraq 1 milyon 157 min manatdan 1 milyon 51 min manata enib. Broker fəaliyyətindən gəlirləri isə 200 min manat yaxın və ya 40% azalaraq 505 min manatdan 312 min manata enib.
"AzFinance"ın əsas fəaliyyət istiqamətlərindən biri olan istiqraz satışlarından gəlirləri də 2022-ci ildə kəskin azalıb. Belə ki, 2021-ci ildə şirkət bu sahədən 450 min manata yaxın gəlir əldə etmişdisə, 2022-ci ildə bu rəqəm 197 min manata enib.
Əvəzində 2022-ci ildə "AzFinance"ın sair gəlirləri təqribən 2 dəfə artaraq 870 min manata yüksəlib.
Nəticədə şirkətin 2022-ci ildə cəmi gəlirləri 150 min manata yaxın yaxud 5,8% aşağı düşüb və 2 milyon 434 min manata yaxın olub
İşçi heyətinə çəkilən xərclər də 973,6 min manat düşüb ki, bu göstərici də son bir ildə 28 min manat, yaxud 2,8% azdır.
Digər əməliyyat xərcləri demək olar dəyişməyib və şirkətin cəmi əməliyyat mənfəəti 118 min manat yəni 10,7% azalaraq 980,5 min manat olub
Nəticədə 2022-ci ildə qurum 176,5 min manat mənfəət vergisi ödədikdən sonra 705,1 min manat illik mənfəət əldə edib.
Lakin buradada 2021-ci illə müqayisədə 165,4 min manatlıq, yəni 19% geriləmə baş verib.
2022-ci ilin sonuna "AzFinance" İnvestisiya Şirkətinin aktivləri 3 milyon 46 min manat yaxud 60,3% artaraq 8 milyon 97 min manat təşkil edib.
Aktivlərin 4 milyon 87 min manatını pay qiymətli kağızlara investisiyalar təşkil edir. Bu rəqəm keçən illə müqayisədə 4 milyon 73 min manat yəni 305 dəfə çoxdur. Pay qiymətli kağızlara investisiyalar 2021-ci ildə cəmi 13,4 min manat olub.
Pul vəsaitləri və onların ekvivalentləri üzrə göstəricilər də bir illə müqayisədə 2 milyon 436 min manat və ya 14,7 dəfə artıb.
Borc qiymətli kağızlara investisiyalar isə əksinə 3 milyon 308 min manat, yaxud 5,1 dəfə azalaraq 795,2 min manata düşüb.
Şirkətin öhdəlikləri isə 2 milyon 441 min manatdan çox, yəni 2,2 dəfə çoxalaraq 4 milyon 497 min manata çatıb.
Bunun da 3 milyon 317 min manatını buraxılmış borc qiymətli kağızları təşkil edir.
Bu rəqəm keçən illə müqayisədə 1 milyon 788 min manat, yəni 2,2 dəfə çoxdur.
Müştərilərə ödəniləcək vəsaitlər isə 925,4 min manat təşkil edir ki, bu da son bir illə müqayisədə 898 min manat, yəni 33,5 dəfə çoxdur.
2022-ci ildə "AzFinance" İnvestisiya Şirkətinin 2022-ci ildəki kapitalı 3 milyon 601 min manata yaxındır. Son bir ildə şirkətin kapitalının həcmi 604 min manatdan çox, yaxud 20,2% yüksəlib.
Şirkətin nizamnamə kapitalı dəyişməyərək 1 milyon 550 min manat olaraq qalıb
Xatırladaq ki, "AzFinance" İnvestisiya Şirkəti 2 fiziki şəxsə - Abid Məmmədova (84,97%) və İntiqam Səfərəliyevə (15,03%) məxsusdur. Sonuncu, həm də şirkətin direktorudur.
Beynəlxalq birjalarda və Azərbaycanda istiqraz, səhm və digər investisiya alətləri ilə əməliyyatları InvestAZ investisiya şirkəti vasitəsilə həyata keçirmək mümkündür.