Hal-hazırda qızılın bir unsiyasının qiyməti 3 326.15 ABŞ dolları olub.
Kriptoda qızıl çağ başladı - QİYMƏT 105 MİN DOLLARA YAXINLAŞDI!
FED.az xəbər verir ki, bu gün ərzində 22.15 dollar və ya 0.67 faiz artım deməkdir. Eyni vaxtda gümüşün qiyməti də 32.73 dollar səviyyəsində qərarlaşaraq 0.27 dollar və ya 0.85 faiz artıb. Hər iki metal üzrə artım bazar iştirakçılarının qoruyucu aktivlərə marağının artmasından xəbər verir.
Qızıl son 30 gündə də ciddi yüksəliş nümayiş etdirib. Bu dövrdə qiymət 142.46 dollar artaraq 4.51 faizlik ümumi yüksəlişlə nəticələnib. Qlobal iqtisadi qeyri-müəyyənliklər, ABŞ Federal Ehtiyat Sisteminin monetar siyasətində gözlənilən dəyişikliklər və inflyasiya təzyiqləri bu artımın əsas səbəbləri kimi qiymətləndirilir. Altı aylıq dövr ərzində isə qızılın qiyməti 692.76 dollar yüksəlib ki, bu da 26.53 faiz artım deməkdir. Son bir il ərzində isə artım 942.40 dollar olub və bu, 39.91 faizlik ciddi yüksəlişi göstərir.
Daha uzun müddətə baxdıqda, qızılın strateji sərmayə aləti kimi nə qədər səmərəli olduğunu açıq şəkildə görmək mümkündür. Son beş ildə qızılın qiyməti 1 607.76 dollar artaraq 94.78 faiz, son iyirmi ildə isə ümumilikdə 2 877.08 dollar artaraq 673.91 faiz yüksəlib.
Bu göstəricilər qızılın zaman keçdikcə dəyər saxlayan aktiv olduğunu təsdiqləyir.
Beynəlxalq birjalarda və Azərbaycanda istiqraz, səhm və digər investisiya alətləri ilə əməliyyatları InvestAZ investisiya şirkəti vasitəsilə həyata keçirmək mümkündür.