Son günlər dünya bazarında qızılın qiyməti kəskin artıb.
FED.az xəbər verir ki, təkcə son 3 gündə qiymətli metal 4% qiymət artımı nümayiş etdirib.
Belə ki, oktyabrın 3-də unsiyası 1665 dollar olan qızılın qiyməti oktyabrın 4-dən artmağa başlayaraq 1700 dolları keçib. Oktyabrın 6-da is 1731 dollara yüksəlib – artım 4%.
Qiymət artımının səbəbi dünyanan fond və istiqraz bazarlarındakı böhran səbəbindən investorların daha etibarlı alətlərə yönəlməsidir.
Beynəlxalq birjalarda və Azərbaycanda istiqraz, səhm və digər investisiya alətləri ilə əməliyyatları InvestAZ investisiya şirkəti vasitəsilə həyata keçirmək mümkündür.