Dollar indeksi (DXY) ABŞ Federal Ehtiyatlar Sisteminin (FED) son toplantısının protokollarının dərcindən sonra günü psixoloji müqavimət həddi hesab edilən 103.50 bənd səviyyəsində tamamladı.
FED-in dərc etdiyi protokollar inflyasiya risklərinə qarşı yüksək həssaslığın davam etdiyini ortaya çıxardığı üçün, birjalarda risk iştahının yenidən azaldığı müşahidə olunur. Nəticədə dollara olan tələb daha da artıb.
Federal Açıq Bazar Komitəsinin (FOMC) iyulun 25-26-da keçirilən iclasının protokollarında FED rəsmilərinin monetar siyasətin gələcəyinə dair qərarlarına təsir göstərə biləcək müxtəlif risklərin idarə edilməsi məsələlərini müzakirə etdiyinə diqqət çəkilib.
“İnflyasiya hələ də Federal Açıq Bazar Komitəsinin (FOMC) uzunmüddətli hədəfindən xeyli yuxarı olduğundan və əmək bazarı sıx olaraq qaldığından, iştirakçıların əksəriyyəti pul-kredit siyasətinin daha da sərtləşdirilməsini tələb edə biləcək inflyasiya üçün əhəmiyyətli yüksəliş risklərini görməyə davam edirlər”, - protokolda deyilir.
FED-in monetar siyasətdə “şahin mövqeyini” davam etdirəcəyi və bu ilin sonuna qədər növbəti faiz artımı ehtimallarının güclənməsi fonunda DXY çərşənbə günü psixoloji müqavimət həddi hesab edilən 103.50 bənd həddinə kimi yüksələrək günü məhv bu səviyyədə tamamladı. Əgər “Buğalar” qiyməti bu səviyyənin üzərində saxlaya bilsələr, dollarda artım tendensiyası daha kəskin xarakter ala bilər.
Dolların bahalaşması fonunda ucuzlaşmaq davam edən qızılın bir unsiyası hazırda dünya birjalarında 1893$-dan təklif edilir. Əgər qiymətli metalın bir unsiya üzrə dəyəri 1890$-ın altına düşərsə, eniş tendensiyası 1880$ və 1867$-a kimi davam edə bilər.
Məlumat InvestAZ İnvestisiya Şirkəti"nin analitikləri tərəfindən hazırlanıb.
Beynəlxalq birjalarda və Azərbaycanda istiqraz, səhm və digər investisiya alətləri ilə əməliyyatları InvestAZ investisiya şirkəti vasitəsilə həyata keçirmək mümkündür.