İnvestorların ABŞ-da inflyasiyanın azalması səbəbilə FED-in sentyabr ayında uçot dərəcələrini 0.75% əvəzinə 0.50% artıracağı ehtimallarını qiymətləndirməsi fonunda dollar indeksi 104 bənd hədlərinə qədər geriləyib.
Nəticədə dollar major valyutalar qaşısında ucuzlaşmaqda davam edir. Təhlillərə əsasən dollar indeksi 104 bənd dəstəyinin altına düşərsə, EUR/USD və GBP/USD məzənnələrində artım tendensiyası daha kəskin xarakter ala bilər.
Bu gün İngiltərədə açıqlanacaq iqtisadi inkişaf səviyyəsi göstəriciləri investorların diqqət mərkəzində olacaqdır.
Dolların ucuzlaşması fonunda qızıla olan tələb artmaqda davam edir. Qiymətli metalın bir unsiya üzrə dəyəri 1790$-ın üzərində möhkəmlənə bilsə, bahalaşma 1810$-a kimi davam edə bilər.
Məlumat Azərbaycanın InvestAZ İnvestisiya şirkətinin analitikləri tərəfindən hazırlanıb.