Çərşənbə günü ABŞ-da proqnozların altında açıqlanan inflyasiya göstəricilərindən sonra Federal Ehtiyatlar Sisteminin ultra-şahin monetar siyasətini yumşaldacağı ehtimalları qlobal birjalarında risk iştahını artırıb.
İnflyasiyanın geriləməsi dollar indeksinin də 104 bənd hədlərinə qədər düşməsinə səbəb oldu. Nəticədə dollar major valyutalar qaşısında kəskin ucuzlaşdı. Təhlillərə əsasən dollar indeksi 104 bənd dəstəyinin altına düşərsə, EUR/USD cütlüyü 1.04$, GBP/USD cütlüyü isə 1.23$-ə kimi bahalaşa bilər.
Dolların kəskin ucuzlaşması qızılın qiymətlərinə dəstək olsa da, fond birjalarında artan risk iştahı isə qızıla olan tələbin bir qədər azalmasına səbəb olur. Bu səbədən də hazırda üfüqi dalğalanan qiymətli metalın bir unsiya üzrə dəyəri 1790$-ın üzərinə yüksəlsə, bahalaşma 1807$-a kimi davam edə bilər.
Məlumat Azərbaycanın InvestAZ İnvestisiya şirkətinin analitikləri tərəfindən hazırlanıb.