Həftənin əvvəlindən FED üzvlərinin yüksək inflyasiyanın qalıcılığının qarşısını almaq üçün sərt monetar siyasətin davam etdirilməsinin labüdlüyünü, bunun üçün bütün rıçaqlardan çəkinmədən istifadə edilməsinin gərəkdiyini vurğulamaları dollara dəstək olur.
Beləki, investorların sentyabr toplantısında da FED-in 0.75%-lik faiz artımına getməsi ehtimalları daha da yüksəlib. Nəticədə dollar indeksi yenidən 106 bənd hədlərinin üzərinə qayıdıb. Təhlillərə əsasən indeksdəki yüksəliş davam edərsə, EUR/USD və GBP/USD cütlükləri müvafiq olaraq 1.01$ və 1.21$ səviyyəsinin altına düşə bilər.
Dollar indeksi yüksəlsə də artan geosiyasi risklər fonunda “güvənli liman” maliyyə aləti missiyasını uğurla yerinə yetirən qızıla tələb artmaqda davam edir. Hazırda 1771$-dan təklif olunan qiymətli metalın bir unsiya üzrə dəyəri 1775$-ın üzərinə yüksəlsə, 1794$-a kimi bahalaşa bilər.
Məlumat Azərbaycanın InvestAZ İnvestisiya şirkətinin analitikləri tərəfindən hazırlanıb.