Bitcoin Co. adlı Tayland kriptovalyuta birjası rəsmi olaraq bağlandığını açıqlayıb.
FED.az xəbər verir ki, şirkət fərqli sahə ilə məşğul olmaq qərarına gəlib.
Bu iş həftəsinin sonuna qədər kriptovalyuta birjası depozitləri qəbul edəcək. Ayın sonundan etibarən isə şirkət kriptovalyuta əməliyyatları ilə məşğul olmayacaq.
Noyabrın 1-dək Bitcoin Co. müştəriləri bütün vəsaitlərini çıxarmalıdılar.
Daha sonra şirkət yalnız istifadəçilərlə ünsiyyət saxlamaq üçün açıq olacaq. Şirkət işçilərinin sözlərinə görə, Bitcoin Co. şirkəti rəqəmsal aktivlərlə işləmək üçün lisenziyadan istifadə etməyəcək.
“5 ildir platformadan istifadə etdiyinizə görə hər kəsə minnətdarıq. Depozitlərinizin etibarlı olmasına zəmanət veririk və pulunuzun tam geri qaytarılmasına cavabdehik”, - deyə birjanın bəyanatında deyilir.
TED.az