5-6 dekabr 2023-cü il tarixlərində Bakı Fond Birjasında “Bank Respublika” ASC-nin AZ1002002884 dövlət qeydiyyat nömrəli 500 min manat həcmində, adi adlı sənədsiz səhmlərinin abunə yazılışı üsulu ilə yerləşdirilməsi yekunlaşıb.
FED.az xəbər verir ki, birjanın yaydığı məlumata görə, abunə yazılışı zamanı anderrayterə 4 investor tərəfindən 2,45 manat qiymətindən 5 sifariş təqdim edilmişdir.
Abunə yazılışı üzrə toplanmış sifarişlərin nominal qiymətlə ümumi məbləği 500 min 90 manat, səhmlərin nominal qiymətlə yerləşdirilmiş həcmi də 500 min 90 manat təşkil edib.
Yerləşdirmə üzrə anderrayter “ Paşa Kapital İnvestisiya Şirkəti” QSC-dir.
Beynəlxalq birjalarda və Azərbaycanda istiqraz, səhm və digər investisiya alətləri ilə əməliyyatları InvestAZ investisiya şirkəti vasitəsilə həyata keçirmək mümkündür.