«Lənkəran Sərnişin» ASC 2021-ci il üzrə maliyyə nəticələrini açıqlayıb.
FED.az xəbər verir ki, hesabata əsasən şirkət 2021-ci ildə 334 min manat gəlir əldə edib, xərcləri isə 385 min manat olub. Nəticədə «Lənkəran Sərnişin» ASC ili 51 min manat zərərlə başa vurub. Qeyd edək ki, ASC 2020-ci ili də zərərlə bitirmişdi – 42 min manat.
2021-ci ilin nəticələrinə görə, «Lənkəran Sərnişin» ASC-nin aktivləri 39 min manat və ya 8,2% azalaraq 470 min manatdan, 431 min manata enib.