“AccessBank”ın 2024-cü ilin ikinci rübü ərzində xərcləri aşağıdaki kimi paylanmışdır :
«AccessBank» pulu nədən qazanır? – GƏLİR MƏNBƏLƏRİ - MƏBLƏĞLƏR
“AccessBank” ölkənin bank sistemində xərclərin payına görə 6-ci yerdədir. Bankın ümumi xərcləri 83 milyon 498 min manat olmuşdur.
Bankın ən çox xərci depozitlər üzrə faizlərdən və əmək haqqı xərclərindən formalaşıb, ümumi xərclərin 39%-i və 26%-i. Uyğun olaraq 33 milyon 772 min manat və 21 milyon 577 min manat.
Bank inzibati xərclərə 10 milyon 860 min manat xərcləyib ümumi xərclərin 13%-i həcmində.
Hesabat dövründə kredit faiz xərcləri 6 milyon 631 min manat ümumi xərclərin 8%-i həcmində formalaşıb.
Qiymətli kağızlar üzrə faiz xərci və Azərbaycan Mərkəzi bankına kredit xərci eyni çəkidə ümumi xərclərin 1%-i həcmində olub. Uyğun olaraq 176 min manat və 318 min manat.
Daha 3 milyon 196 min manat amortizasiya xərclərinə sərf olunub, ümumi xərclərin 4%-i qədər.
Digər faiz xərcləri formalaşmayıb. Əvəzində 6 milyon 968 min manat digər qeyri-faiz xərcləri yaranıb, başqa sözlə ümumi xərclərin 8%-i həcmində.
Min manat |
||
Xərc mənbələri |
Məbləğ |
Ümumi xərclərdə payı |
Faiz xərcləri |
||
Depozitlər üzrə faizlər |
33 772 |
39% |
AMB kredit xərci |
318 |
1% |
Kredit faizləri |
6 631 |
8% |
QK- faiz xərci |
176 |
1% |
Digər faiz xərcləri |
|
|
Qeyri -faiz xərcləri |
|
|
İnzibati xərclər |
10 860 |
13% |
Əmək haqqı xərcləri |
21 577 |
26% |
Amortizasiya xərcləri |
3 196 |
4% |
Digər qeyri faiz xərcləri |
6 968 |
8% |
|
|
|