«Tesla» şirkətinin səhmlərinin qiyməti ildırım sürətli artımla 1000 dolları keçib və nəticədə İlon Maskın şirkəti dünyanın ən bahaloı avtomobil şirkətinə çevrilib.
Eləcə də bax: «Tesla» Çin bazarını «partlatdı» - SƏHMLƏRİ REKORD VURDU
FED.az xəbər verir ki, elektrik avtomobilləri istehsal edən «Tesla»nın qiyməti hazırda 190 milyard dollardır. Bu göstərici ilə «Tesla» indiyədək dünyanın ən böyük avtiomobil şirkəti sayılan «Toyota»nı arxada qoyub və onun qiyməti «Ford», «General Motors», «Honda» və «Fiat Chrysler»ın birlikdə dəyərindən artıqdır.
Səhmlərin bu dəfəki artımının səbəbi şirkətin rəhbəri İlon Maskın işçilərə göndərdliyi məktub olub. Məktubda bildirilir ki, «Tesla»nın yeni yük avtombili «Tesla Semi» seriya isatehsalına artıq hazırdır. Bu o deməkdir ki, «Tesla» təkcə minik avtomobilləri deyil, yük avtomobilləri bazarına da daxil olacaq.
Yeni yük avtomobil üçün akkumulyatorlar və mühərrik Nevadadakı zavodda istehsal ediləcək.