Hyundai markalı avtomobillərin Azərbaycanda səlahiyyətli və yeganə rəsmi distributoru “Auto Azerbaijan” MMC barəsində cərimə protokolu tərtib edilib.
Eləcə də bax: Azərbaycanda yeni «Hyundai Tucson»un - SATIŞI BAŞLAYIB – QİYMƏT
FED.az Banker.az-a istinadən xəbər verir ki, Dövlət Gömrük Komitəsi şirkət barəsində İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə protokol tərtib edərək, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi göndərilib.
İXM-in 485.2-ci maddasinə görə, Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə -vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər min beş yüz manat məbləğində cərimə edilir.
“Auto Azərbaycan” şirkəti 1996-cı ildən fəaliyyət göstərir. Başda avtomobil olmaqla, pərakəndə və maliyyə sahələrində də fəaliyyət göstərən “NAB Holding”ə daxildir.
“Hyundai” avtomobil markasının rəsmi eksklüziv distribütorudur.