İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin keçirdiyi növbəti hərracda avtomobillər özəlləşdirilib.
Növbəti hərracda daha 7 avtomobil özəlləşdirilib - SİYAHI, QİYMƏTLƏR
FED.az bu barədə Dövlət Xidmətinə istinadən xəbər verir.
Məlumata görə, hərraclar rəqabətli keçib. Belə ki, hərracda Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyinə məxsus avtomobillər satışa çıxarılıb. Hərraca çıxarılan 4 ədəd müxtəlif markalı avtomobilin ilkin satış qiyməti 7 200 manat olsa da, sonda bu avtomobillər 9 000 manata satılıb. Bu da hərracda 25%-lik qiymət artımı qeydə alındığını göstərir.
Hərracda satılan dövlət əmlaklarının siyahısı ilə https://clck.ru/3A7csN linki vasitəsilə tanış olmaq olar.