Cari ilin yanvar-oktyabr aylarında Azərbaycana 104 milyon 237 min dollar dəyərində 2 min 592 ədəd elektromobil idxal olunub.
FED.az bu barədə Dövlət Gömrük Komitəsinin hesabatına istinadən xəbər verir.
2023-cü iln eyni dövrü ilə müqayisədə elektromobillər dəyər ifadəsi ilə 5 milyon 938 min dollar və ya 6%, miqdar ifadəsi ilə 167 ədəd və ya 6,9% artıb.
Ötən ilin eyni dövründə xaricdən 98 milyon 300 dollar dəyərində 2 min 425 ədəd elektromobil gətirilmişdi
1 ədəd elektromobilin orta ixrac qiyməti 2024-cü ilin 10 ayının nəticələrinə görə orta hesabla 40 min 215 dollar (68 min 366 manat) olub ki, bu da son bir ildə 321 dollar (546 manat) və ya 0,8% ucuzlaşma deməkdir.
2023-cü ilin yanvar- okttyabr aylarında isə 1 ədəd elektromobilin orta ixrac qiyməti 40 min 536 dollar (68 min 911 manat) olub.