Cari ilin yanvar-oktyabr aylarında Azərbaycana 1 milyard 269,1 milyon dollar dəyərində 66 min 961 ədəd sərnişin minik avtomobili idxal olunub.
FED.az bu barədə Dövlət Gömrük Komitəsinin hesabatına istinadən xəbər verir.
2023-cü iln eyni dövrü ilə müqayisədə minik avtomobillərinin idxalı dəyər ifadəsi ilə 23,95 milyon dollar və ya 1,9% artıb, miqdar ifadəsi ilə 8 min 97 ədəd və ya 10,8% azalıb.
1 ədəd minik avtomobilinin orta ixrac qiyməti 2024-cü ilin on ayına görə orta hesabla 18 min 954 dollar (32 min 221 manat) olub ki, bu da son bir ildə 2 min 364 dollar (4 min 18 manat) və ya 14,2% bahalaşma deməkdir.
Qeyd edək ki, 2024-cü ilin yanvar-oktyabr aylarında 4433 ədəd və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 2057 ədəd (86,6%) çox minik avtomobili istehsal olunub. İstehsal olunmuş minik avtomobillərin 213-ü hazır məhsul ehtiyatı olub.