Bu ilin yanvar-mart aylarında Gürcüstan Azərbaycana 29,9 milyon ABŞ dolları dəyərində 919 ədəd avtomobil ixrac edib.
Azərbaycana gətirilən elektromobillərin sayı azaldı
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki,Gürcüstanın Milli Statistika İdarəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, 2025-ci ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 41 %, kəmiyyət olaraq – 53 % azdır.
Beləliklə, Azərbaycan Gürcüstanın avtomobil ixrac etdiyi ölkələr sırasında 3-cü yerdə qərarlaşıb.
Bu ilin ilk 3 ayı ərzində Gürcüstan xarici ölkələrə 364,5 milyon ABŞ dolları dəyərində 14 min 237 ədəd avtomobil satıb ki, bu da bir il əvvəlki göstəricilərə nisbətən müvafiq olaraq 27 % və 30 % azdır.
Hesabat dövründə Gürcüstandan Qırğızıstana 183,6 milyon ABŞ dolları dəyərində 4 min 459 ədəd, Qazaxıstana 85,9 milyon ABŞ dolları dəyərində 5 min 422 ədəd, Tacikistana 20,2 milyon ABŞ dolları dəyərində 1 min 250 ədəd, Ermənistana 13,75 milyon ABŞ dolları dəyərində 596 ədəd avtomobil tədarük edilib.
Xatırladaq ki, 2025-ci ildə Gürcüstan 2,8 milyard ABŞ dolları dəyərində 111 min 265 ədəd avtomobil ixrac edib ki, bunun da 213 milyon ABŞ dolları dəyərində 7 min 814 ədədi Azərbaycanın payına düşüb. (Report)













