FED.az TENDER xəbər verir ki, İcra Hakimiyyəti 2018-ci ilin əvvəlindən bu günə kimi 9 müqavilə bağlayıb. Bu müqavilələrin ümumi dəyəri 1 mln 110 min 822 manat olub.
Eləcə də bax: Tovuzdakı tenderlərin yarısını bir nəfər udub – SİYAHI, MƏBLƏĞLƏR
İcra Hakimiyyəti tərəfindən bağlanan 9 müqavilənin hər 1/3 hissəsi bir şirkətlə bağlanıb.
Belə ki, İcra Hakimiyyəti tərəfindən ən yüksək məbləğdə müqavilə “İnpeks.N” MMC "Tender Çempionu" ilə bağlanıb. Bu şirkətlə imzalanan 3 müqavilənin ümumi dəyəri 1 mln 48 min 125 manat olub. Deməli bu şirkətin ümumi məbləğdə payı 94,35%-dir.
Həmçinin, “Amil-Tərtər” MMC ilə bağlanan 3 müqavilənin ümumi dəyəri 36 min 907 manat olub.
“Şahbulaq LTD” bağlanan 3 müqavilənin ümumi məbləği 25 min 790 manat təşkil edib.
Satınalan təşkilatın adı | Malgöndərən təşkilatın adı(podratçı) | Müqavilənin predmeti | Məbləğ |
Bərdə Rayon İcra Hakimiyyəti Bərdə şəhər İƏD üzrə İcra Nümayəndəliyi | Amil-Tərtər MMC (04.09.2018) |
Bərk inventarlar | 13 997 |
Bərdə Rayon İcra Hakimiyyəti Bərdə şəhər İƏD üzrə İcra Nümayəndəliyi | Amil-Tərtər MMC (04.09.2018) |
Yumşaq inventarlar | 8 710 |
Bərdə Rayon İcra Hakimiyyəti Bərdə şəhər İƏD üzrə İcra Nümayəndəliyi | Amil-Tərtər MMC (04.09.2018) |
Digər maşın və avadanlıqlar | 14 200 |
Bərdə Rayon İcra Hakimiyyəti | Şahbulaq Ltd MMC (16.04.2018) |
Cari təmir işləri | 9 000 |
Bərdə Rayon İcra Hakimiyyəti | Şahbulaq Ltd MMC (16.04.2018) |
Dəftərxana və təsərrüfat malları | 8 290 |
Bərdə Rayon İcra Hakimiyyəti | Şahbulaq Ltd MMC (16.04.2018) |
İnventarlar | 8 500 |
Bərdə Rayon İcra Hakimiyyəti Bərdə şəhər İƏD üzrə İcra Nümayəndəliyi | İnpeks.N MMC (10.05.2018) |
Abadlıq işləri | 487 088 |
Bərdə Rayon İcra Hakimiyyəti Bərdə şəhər İƏD üzrə İcra Nümayəndəliyi | İnpeks.N MMC (10.05.2018) |
Yolların əsaslı təmiri işləri | 441 069 |
Bərdə Rayon İcra Hakimiyyəti Bərdə şəhər İƏD üzrə İcra Nümayəndəliyi | İnpeks.N MMC (10.05.2018) |
Mənzil fondunun əsaslı təmiri işləri | 119 968 |