FED.az TENDER xəbər verir ki, ötən il rayonda dövlət qurumları tərəfindən 25 tender keçirilib. Bu tenderlərin ümumi məbləği 1 mln 526 min 138 manatdır.
Eləcə də bax: Biləsuvarda dövlət tenderlərini kim udur? – ADLAR, MƏBLƏĞLƏR
Ən yüksək məbləğdə müqavilə Beyləqan Suvarma Sistemləri İdarəsi ilə “Saturn-014” MMC arasında bağlanıb. Bu şirkətlə bağlanan 5 müqavilənin ümumi məbləği 589 min 646 manat olub. Bu məbləğin ümumi məbləğdə xüsusi çəkisi 38,64%-dir.
Sayca ən çox müqavilə Beyləqan Rayon İcra Hakimiyyəti ilə “Star 17 MMC” arasında imzalanan 8 müqavilə olub. Bu müqavilələrin ümumi dəyəri 149 min 667 manat təşkil edib.
Ən aşağı məbləğdə müqavilə Beyləqan Rayon Mərəzi Xəstəxanası ilə “Təmir Tikinti 55” arasında bağlanan 14 min 389 maat dəyərində müqavilə olub.
Satınalan təşkilatın adı | Malgöndərən təşkilatın adı(podratçı) | Müqavilənin predmeti | Məbləğ |
Beyləqan Rayon Mərkəzi Xəstəxanası | Təmir Tikinti 55 MMC | Avadanlıq | 14 389 |
Beyləqan Rayon Mərkəzi Xəstəxanası | Arash Medical Company MMC | Tibbi avadanlıq | 13 664 |
Beyləqan Rayon Mərkəzi Xəstəxanası | Arash Medical Company MMC | Azqiymətli tibbi avadanlıq | 30 766 |
Beyləqan Rayon Mərkəzi Xəstəxanası | Paritet-M MMC | Bərk inventarlar | 32 639 |
Beyləqan Rayon Mərkəzi Xəstəxanası | Paritet-M MMC | Yumşaq inventarlar | 15 194 |
Beyləqan Rayon İcra Hakimiyyəti Beyləqan şəhər İƏD üzrə İcra Nümayəndəliyi | Star 17 MMC | Digər maşın və avadanlıqlar | 25 710 |
Beyləqan Rayon İcra Hakimiyyəti Beyləqan şəhər İƏD üzrə İcra Nümayəndəliyi | Star 17 MMC | Bərk inventarlar | 16 986 |
Beyləqan Rayon İcra Hakimiyyəti Beyləqan şəhər İƏD üzrə İcra Nümayəndəliyi | Star 17 MMC | Yumşaq inventarlar | 6 018 |
Beyləqan Rayon İcra Hakimiyyəti Beyləqan şəhər İƏD üzrə İcra Nümayəndəliyi | Star 17 MMC | Dəftərxana ləvazimatları | 5 201 |
Beyləqan Rayon İcra Hakimiyyəti Beyləqan şəhər İƏD üzrə İcra Nümayəndəliyi | Star 17 MMC | Əsaslı təmir işləri | 17 498 |
Beyləqan Rayon İcra Hakimiyyəti Beyləqan şəhər İƏD üzrə İcra Nümayəndəliyi | Star 17 MMC | Cari təmir işləri | 9 990 |
Beyləqan Rayon İcra Hakimiyyəti Beyləqan şəhər İƏD üzrə İcra Nümayəndəliyi | Veteks-2017 MMC | Şəhər yollarının əsaslı təmiri işləri | 86 337 |
Beyləqan Rayon İcra Hakimiyyəti Beyləqan şəhər İƏD üzrə İcra Nümayəndəliyi | Yol İnşaat Servis MMC | Şəhər yollarının əsaslı təmiri işləri | 490 251 |
Beyləqan Rayon Mərkəzi Xəstəxanası | Araz Təmir Tikinti MMC | Kommunal və kommunikasıya ilə bağlı işlər | 9 993 |
Beyləqan Rayon Mərkəzi Xəstəxanası | Araz Təmir Tikinti MMC | Əsaslı təmir işləri | 24 799 |
Beyləqan Rayon Mərkəzi Xəstəxanası | Araz Təmir Tikinti MMC | Cari təmir işləri | 24 669 |
Beyləqan Rayon Mərkəzi Xəstəxanası | Paritet M MMC | Təsərrüfat malları | 8 385 |
Beyləqan Rayon Mərkəzi Xəstəxanası | Paritet M MMC | Tibbi blanklar | 6 171 |
Beyləqan Rayon Mərkəzi Xəstəxanası | Paritet M MMC | Dəftərxana və təsərrüfat malları | 18 638 |
Beyləqan Rayon Kommunal Müəssisələri Kombinatı | Star-17 MMC | Ehtiyat hissələri | 21 000 |
Beyləqan Rayon Kommunal Müəssisələri Kombinatı | Star-17 MMC | Xüsusi geyim formaları və təsərrüfat malları | 47 264 |
Beyləqan Meliorasiya İdarəsi | Saturn-014 MMC | Əsaslı və cari təmir işlərində istifadə ediləcək mal-materiallar | 144 576 |
Beyləqan Meliorasiya İdarəsi | Saturn-014 MMC | Maşın-mexanizmlərin ehtiyat hissələri | 48 430 |
Beyləqan Meliorasiya İdarəsi | Saturn-014 MMC | 2018-ci ildə maşın mexanizmlərin ehtiyat hissələri, əsaslı və cari təmir işlərində istifadə ediləcək mal-materiallar | 193 006 |
Beyləqan Suvarma Sistemləri İdarəsi | Saturn-014 MMC | Mexanizm və nəqliyyat vasitələri üçün ehtiyat hissələri | 65 290 |
Beyləqan Suvarma Sistemləri İdarəsi | Saturn-014 MMC | Əsaslı və cari təmir işlərində lazım olan mal-materiallar | 138 344 |